Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

18 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 1-dən ümumtəhsil məktəblərinin ibtidai siniflərində, fevralın 8-dən isə V-IX siniflərdə tədris və təlim-tərbiyə prosesi əyani formada bərpa olunub.
Məktəblərdə əyani tədrisin bərpa olunması ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmuş Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin kollektivi tərəfindən də sevinc hissi ilə qarşılanır. Pandemiya müddətində şagirdlərlə onlayn şəkildə görüşən məktəb kollektivi öz işini Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla həyata keçirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində olub.
Kollektivlə səmimi söhbət edən rayon rəhbəri məktəbdə tibbi maskadan istifadə olunmasına, sosial məsafənin gözlənilməsinə, məktəbə gələn işçi heyətin və şagirdlərin temperaturunun ölçülməsinə, sinif otaqlarının havalandırılmasına və digər profilaktik tərdbirlərin görülməsinə birmənalı şəkildə riayət olunmasını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Məktəbin direktoru Samir Hüseynov Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar məktəbinin əsaslı şəkildə yenidən qurulmasını müəllim və şagirdlərin bu gün də böyük razılıq hissi ilə qarşıladıqlarını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğılarını yüksək qiymətləndirən məktəb direktoru kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi, eləcə də valideynlər adından onlara dərin minnətdarlığını bildirib. Ölkə başçısının və Mehriban xanımın qətiyyətli addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işləri və əldə edilən uğurlu nəticələri yüksək qiymətləndirən məktəb direktoru kollektiv olaraq üzərilərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Məktəb direktoru tədrisin əyani formada davam etməsi üçün xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir müəllim və şagirdin borcu olduğunu qeyd edib. Məktəbdə xüsusi karantin rejiminin qaydalarına, tələb və tövsiyələrinə ciddi şəkildə riayət edildiyini, tədrisin növbəli şəkildə olmaqla həftənin tək günləri I-IV siniflərdə, cüt günləri isə V-IX siniflərdə təşkil olunduğunu bildirib.

 

 

Keçidlər