Şriftin ölçüsü :

Saytın rəngi :

Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri aparılır

27 fevral 2021 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı Qazaxda da yüksək səviyyədə hiss olunur. Son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şərait, görülmüş işlər, xüsusilə də yeni məktəb binalarının tikilməsi, körpələr evi-uşaq bağçalarının inşa olunması, əsaslı şəkildə yenidən qurulması bunu söyləməyə əsas verir.
Ölkə başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi dövlət qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayonda mövcud olan bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində mühüm işlər görülür. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən bağçalar sırasındadır.
Yola saldığımız 2020-ci ildən əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılan növbəti bağçalardan biri də 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar ki, əsas işlər başa çatıb, son tamamlanma işləri aparılır. Hazırda bağçanın həyətində tamet döşənir. Eyni zamanda, otaqlara avadanlıqlar yığılır. Təmizlik və səliqə-sahman işləri görülür.
Bağça kollektivi uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayırlar. Kollektiv olaraq, eləcə də valideynlər adından uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.

 

 

Keçidlər