Milli Məclisin üzvləri Qazaxda gənclərlə görüşmüşlər
Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Beynəlxalq Turnirdə iştirak etmək üçün Qazağa səfərləri çərçivəsində həmdə rayon gəncləri ilə görüşmüşlər. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Gənclər Mərkəzində keçirilən görüşdə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Milli Məclisin üzvlərindən Kamran Nəbizadə, Adil Əliyev, Fuad Muradov, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının Baş məsqçisi, şöhrət ordenli Firdovsi Umudov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, rayonun fəal gəncləri - tələbər, idmançılar, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bildirmişdir ki, gənclər ilə bağlı rayonumuzda həyata keçirilən bu görüş bizim üçün çox vacib tədbirdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyastəi bu gün ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclər siyasəti ilə bağlı olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı 2 Dövlət Proqramı qəbul edilib və onlar uğurla həyata keçirilib. Ölkəmizdə biliklli, peşəkar və istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatı təsis edilmişdir. Bu yaxınlarda Gənclər Fondu yaradılıb. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrdə işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verir.
Təhsil hökümətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm də özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər salsaq, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Ona görə də ölkəmizdə təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr qoyulur və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxaql əlaqələri daha da artırırıq. Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil Azərbaycan Dövlətinin qurulmasında və daha da möhkəmlənməsində fəal iştirak edir.
Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da gənclərin tərbiyəsinə, onların sağlamlığının qorunmasına və bilik, təhsil səviyyələrinin atrırılmasına xüsusi diqqət və qayğı göstərilir. Onlarla tez –tez görüşlər keçirilir. Görüşlər zamanı qaldırılmış problemlər yerindəcə həll edilir və təkliflər nəzərə alınır.
2016-cı ildə rayonda gənclərlə iş sahəsi üzrə 12, bədən tərbiyəsi və idman sahəsi üzrə 19 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2883 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Beynəlxalq yarışlarda 12, respublika yarışlarında 50 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
Rayonda gənclərin hüquqi maarifləndirilməsinə, onlarda sağlam həyat tərzinin formalaşdırılmasına həsr olunmuş 50-dən çox tədbir həyata keçirilmişdir.
2016-cı ilin yanvar ayında keçirilən fənn olimpiadaların rayon turunda 308 nəfər şagird iştirak etmişdir. Qazax şəhər məktəb-liseyin XI sinif şagirdi Məmmədova Leyla Olimpiadanın zona mərhələsində və respublika turunda da iştirak etmiş və ikinci yeri tutmuşdur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü əlaqədar olaraq rayonun IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev uşaqların gözü ilə” şagirdlərin təqdimat işində Hüseynbəyli kənd tam orta məktəbin X sinif şagirdi Zamanov İsmayıl birinci yeri tutumuşdur.
2015-2016-cı dərs ilində tam orta ümumtəhsil məktəblərinin 845 məzunu olmuş, onlardan 456 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermişdir. I və IV qrupların qəbul imtahanlarında 200-ə yaxın məzun iştirak etmişdir ki, onlardan da Canalı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı 700 bal, 6 nəfər abituriyent isə 600-dən yuxarı bal toplamışlar.
Cənab İcra başçısı sonda məzunları, onların müəllimlərini və valideynlərini yüksək qələbə münasibətilə ürəkdən təbrik etmiş, onlara möhkəm cansağlığı və yenicə qədəm qoyduqları müstəqil həyatda yeni-yeni uğurlar arzulamışdır.
Tədbirdə Milli Məclisin üzvləri – Kamran Nəbizadə, Adil Əliyev, Fuad Muradov çıxış edərək ölkəmizdə gənclərin sağlamlığı, yüksək təhsil almaları və dərin biliklərə yiyələnmələri üçün hər cür şərait yaradıldığını bildirmişlər. Ölkəmizdə bu gün gənclər siyasətinin dövlətimizin prioiritet sahələrindən biri olması barədə ətraflı danışmışlar. Sonra tədbir gənclərlə açıq fikir mübadiləsi şəraitində davam etdirilmişdir. Fəal gənclərdən Fəridə İsgəndərova, Elvin Əmiraslannov, Prezident təqaüdçüsü Taleh Mansur, BDU-nun Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri Nicat Məmmədov və başqaları çıxış edərək qonaqları salamlamışlar, onlara göstərilən diqqət və qayğıya, köməyə görə ölkə prezidenti İlham Əliyev cənblarına və Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz minnətdarlıqlarını bildirmişlər. Belə görüşlərin keçirilməsini yüksək qiymətləndirmişlər.
Onlar tərəfindən musiqi məktəbi üçün yeni binanın tikintisi, müasir kitabxanaların və tələbə kartlarının yaradılması, pulsuz dil kurslarının təşkili, psixoloji mərkəzlərin açılmasına dair təkliflər irəli sürülmüşdür.
Gənclərin irəli sürdükləri təkliflər, söylədikləri fikirlər qonaqlar tərəfindən müsbət qarşılanmış, onların həlli istiqamətində bütün imkanlardan istifadə etməklə işlər görüləcəyi bildirilmişdir.
Görüş çox səmimi və qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.