Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda canından keçən qazaxlı şəhid Babək Həsənovun övladının 1 yaşı qeyd olunub

14 mart 2021 | 16:00

Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər oldu və sonunda Böyük Qələbə qazandı. Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan igidlərimizdən biri də əsgər Həsənov Babək Saleh oğludur.
Bu gün igid Vətən oğlunun övladı Həsənli Əfsanə Babək qızının 1 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsinin şəhidi Babək Həsənovun övladının doğum gününü də unutmadı. Bu gün 1 yaşını qeyd edən Əfsanə balamızı tək qoymadı, öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik etdi.
Rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Baş mütəxəssis-komendant Leyla Muradova,Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov Birinci Şıxlı kəndində şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin tək övladı olan Əfsanə balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Babək Həsənov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı olduğunu bildirib. Bu gün Babək Həsənovla təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu söyləyib. Fəxr yerimiz olan şəhidlərimizin ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu vurğulayıb.
Şəhidimizin anası Gülarə Həsənova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onu tək qoymadıqları və təbrik etdikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Oğlunun xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Babəkin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Şəhidimizin həyat yoldaşı Aytəkin Həsənova rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün qızının ad gününü təbrik etməsini şəhid ailələrinə və ömür-gün yoldaşı Babəkin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.

 

 

 

Keçidlər