Qazaxda Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad olunub
Yola saldığımız 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birliyi sayəsində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz bu Zəfərimiz, tarixi Qələbəmiz bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazax rayonu da şəhidlər verdi. Vətən torpağı bütöv olsun deyə Qazaxın igid, mərd oğulları döyüşdə qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.
Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə minnətdar olmaq hər bir vətəndaşın borcudur.
Qazaxda bütün şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın xatirəsi daim yad olunur, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün örnək göstərilir.
Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əsas götürən rayon rəhbərliyi Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da unutmadı, əlamətdar gündə şəhidlərimizin əziz xatirələrini ehtiramla andı.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən Qazax şəhərindən, rayonun Aşağı Əskipara, Sofulu, Ağköynək, Qarapapaq, Xanlıqlar, Cəfərli, Hüseynbəyli, Canalı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarına tər qərənfillər düzüb. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıb.
“Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi bayram ərəfəsində yad etməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid Sərxan Abdullayevin atası Elxan Abdullayev, şəhid Amid Məmmədovun atası Müqabil Mustafayev, şəhid Xaliddin Nəsibovun atası Vaqif Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını, adlarının yaşadılması üçün Qazax Tarix-Diyarşünaslıq Muzeyində guşənin yaradılmasını, övladlarının xatirəsinə həsr olunmuş kitabın yazılmasını, Şəhidlər xiyabanında övladlarının şəkli əks olunmuş lövhələrin vurulmasını razılıq hissi ilə qarşılayıblar. Övladları ilə bağlı həyata keçirilən və keçirilməkdə davam edən bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
"Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid əsgər Qasımov Oruc Afiq oğlunun məzarı
“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağköynək kənd sakini, şəhid əsgər Nəsibov Elməddin Yusif oğlunun məzarı
Ağköynək kəndinin şəhid övladı çavuş Qaragözov Alıxan Əkbər oğlunun məzarı
“Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun məzarı
"Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Orucov Elşən Ehtiram oğlunun məzarı
"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun məzarı
"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarı
"Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarı
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun məzarı
"Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun məzarı
"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarı
"Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun, "Vətən uğrunda” medalı ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun, "Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları medalları ilə təltif olunmuş Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun məzarları