Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda indiyədək vətəndaşlara 18 mindən çox vaksin vurulub

24 mart 2021 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Məlumat üçün bildirək ki, hazırda rayonda yaşı  40-dan, 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Qazax rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara  18 min 655 doza vaksin vurulub. Bundan 13219 nəfərə birinci doza, 5436 nəfərə isə ikinci doza peyvəndləmə aparılıb.

Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

Keçidlər