Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölmürlər, əbədi yaşayırlar!

03 avqust 2016 | 16:00

Bu gün Qazaxda heç kimə sirr deyil ki, Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə, xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Bu mənada ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsnə ucaldılmış abidələr, parklar və xiyabanlar ziyarət olunmuşdur və onların abadlaşdırılması üçün lazımi tapşırıqlar verilmişdir. 
Son zamanlar Qazax şəhərindəki, Daş Salahlı kəndindəki şəhid qəbiristanlıqları, Yuxarı Salahlı kəndindəki Şəhidlər Xiyabanı heç də ürək açan vəziyyətdə deyildi. Göstərilən laqeyd münasibətdən, baxımsızlıq ucbatından hər üç ünvanda pis vəziyyət yaranmışdır. Bu isə şəhidlərimizin doğmalarını, ailə üzvlərini haqlı olaraq narahat edirdi.
Verilən tapşırıqlar nəticəsində hər üç ünvanda dərhal tikinti-bərpa və abadlıq işlərinə başlanıldı. Şəhidlərimizin adına layiq məqsədyönlü işlər aparıldı. Görülmüş işlər cənab Rəcəb Babaşovun şəhidlərimizə və onların ailələrinə göstərdiyi diqqət və qayğının əyani təzahürü idi.
Bu günlərdə aparılmış tikinti, abadlıq və yenidənqurma işlərindən sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun, Aparatın məsul işçilərinin, hüquq mühafizə orqanlarının, SHXÇDX Qazax rayon şöbəsinin əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin, gənclərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə  Yuxarı Salahlı kəndindəki Şəhidlər Xiyabanı və Daş Salahlı kəndindəki şəhidlər qəbiristanlığı əsaslı təmirdən sonra ziyarət olunmuşdur. Əvvəlcə, hər iki kənddə şəhidlərin əziz xatirəsi anılmış və abidələri önünə tər qərənfil dəstələri qoyulmuşdur.  Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Daş Salahlı kəndində şəhid bacıları Hicranə Məmmədova, Pəri Pənahova, şəhid anası Sürəyya Cəbiyeva, kənd ağsaqqalı Mustafa Mahmudov, Yuxarı Salahlı kəndində isə şəhid anası Sona Kazımova və kənd ağsaqqalı Abdulla Məmmədov çıxış etmişlər.
Hər iki kənddə çıxış edənlər şəhidlərə, onların ailə üvzlərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan gündən şəhidlərimizə, onların ailə üzvlərinə göstərdiyi səmimi və doğma münasibətə, hərtərəfli köməyə və yardıma görə cənab Rəcəb Babaşova səmimi razılıqlarını ifadə etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər iki mərasimdə çıxış edərək bildirmişdir ki, ölkəmizdə şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulur, daim yad olunur. Onlar həmişə qəlblərdə yaşayırlar. Şəhidlik ən yüksək zirvədir. Bu zirvəyə yalnız vətənini canından artıq sevənlər yüksələ bilirlər. Bu gün əlkəmizdə şəhidlərimizə  dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Onların adı, xatirələri əbədiləşdirilir.  Şəhid ailələrinə dövlətimizin köməyi və yardımı getdikcə daha da artır. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər.  Şəhid adlarının əbədiləşdirilməsi, Şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır. Şəhidlər ölmürlər, əbədi yaşayırlar! Onların ailə üzvlərinə və doğmalarına Allahdan səbr diləyirəm.  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər