Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olmuşdur

16 avqust 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının  Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilməsi ilə əlaqədar BDU-nun rektoru, akademik  Abel Məhərrəmov ikinci dəfə  Qazax rayonunda olmuşdur. Əvvəlcə BDU-nun Qazax filialının yeni tədris korpusunun və tələbə qızlar və oğlanlar üçün yataqxana binalarının tikintisi üçün nəzərdə tutulmuş əraziyə baxış keçirilmişdir.
Sonra Universitetin rektoru, akademik Abel Məhərrəmov BDU-nun Qazax filialının kollektivi ilə görüş keçirmiş və filialın yeni təyin olunmuş direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin təqdimatı olmuşdur. 
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Universitetin tarixindən,  tələbə, müəllim kontingentindən, universitetin iş prinsipindən danışmış və yeni yaradılmış filialın da  Bakı Dövlət Universiteti səviyyəsində  inkişafı üçün lazımi işlərin görüləcəyini qeyd etmişdir. Qazax rayonunda universitetin inkişafı üçün lazımi şəraitin yaradılmasına dəstək olan Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax fililalı olması ilə əlaqədar verdiyi sərəncamla bağlı rayon ictimaiyyəti və ziyalılar adından dövlət başçısına minnətdarlığın bildirmiş, sərəncamın Qazaxlılar tərəfindən yüksək dəyərləndirilərək Ölkə Prezidentinin Qazax ziyalılarına töhfəsi kimi qiymətlədirildiyini vurğulamış, filialın maddi texniki bazasının qurulması, genişləndirilməsi  üçün lazımi köməkliklərin göstəriləcəyini qeyd etmişdir.  
Sonda Universitetin yeni təyin olunmuş direktoru, Coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək ona göstərilən etimada görə ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarova və Bakı Dövlət Universitetinin  rektoru, akademik Abel Məhərrəmova dərin minnətdarlığını bildirmiş və ona göstərilən  bu etimadı layiqincə doğruldacağını vurğulamışdır.

Keçidlər