Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsinin iştirakçısı yaralı əsgər Nəsir Əhmədovu ziyarət edib

04 may 2021 | 16:00

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralılarımıza göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın ailələrini daim diqqətdə saxlayır. 
Rəhbər təyin olunduğu gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, hər zaman qayğıları ilə maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı yaralı əsgər Əhmədov Nəsir Ayxan oğlunu ziyarət edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanovla birlikdə Qazax Müalicə Diaqnostika Mərkəzində müalicəsini davam etdirən yaralımıza baş çəkib. Ağdamda hər iki ayağından snayper gülləsi yarası almış Nəsir Əhmədovun səhhəti və qayğıları ilə maraqlanıb.
Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov yaralımızın səhhəti barədə məlumat verərək əvvəlki sağlamlığına qovuşması üçün hər cür kömək göstərildiyini bildirib.
44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı yaralımıza tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Yaralımızın atası Ayxan Əhmədov Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini və qürur duyduğunu dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbiçilərimizə isə Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına ailəsi adından minnətdarlığını bildirib. Bugünkü görüşü dövlətimizin yaralı hərbçilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha yaralımıza tez bir zamanda sağalaraq əsgər yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzu edib.
Məlumat üçün qeyd edək ki, Əhmədov Nəsir Ayxan oğlu 4 mart 2002-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 2008-2019-cu illərdə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində təhsil alıb. 2020-ci il may ayının 7-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılıb. Ağdam rayonunda "N” saylı hərbi hissənin əsgəridir.

Keçidlər