Şriftin ölçüsü :

Saytın rəngi :

Xanhüseyn Kazımlı Qazaxda olmuş, yerli sakinlərlə və şəhid ailələri ilə görüşmüşdür

26 avqust 2016 | 16:00

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bu ilin aprel ayında Ağdam-Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhid olmuş Orucov Mühüd Qurban oğlunun doğulub boya-başa çatdığı Fərəhli kəndində olmuş, şəhidin ailə üzvləri  və doğmaları ilə görüşmüşdür. Görüşdə şəhid kapitanın keçdiyi şanlı döyüş yolundan söz açılmışdır.
Sonra Xanhüseyn Kazımlı rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən Məzəm kəndində olmuş və yerli sakinlərlə görüşmüşdür. Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov  evlərin qarşısına çəkilmiş istinad divarları barədə məlumat vermiş və kənd sakinlərinin indi təhlükəsiz şəraitdə yaşadıqlarını, hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını söyləmişdir.

Keçidlər