Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qaymaqlı kəndində vətəndaşların subartezian quyusu ilə bağlı müraciətinə yerində baxıb

19 may 2021 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılması, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə həyata keçirilən işlərin kökündə vətəndaş amili dayanır. Ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman ön planda tutulur. Bu gün tam əminliklə qeyd edə bilərik ki, ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğı Qazax rayonunda da birmənalı şəkildə öz real əksini tapır. Bu, rayon rəhbərinin vətəndaş amilini hər zaman ön planda tutmasında, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında özünü göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov,  Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və icra aparatının məsul işçiləri ilə birlikdə Qaymaqlı kəndində olub, sakinlərin subartezian quyusunun sıradan çıxmış matoru ilə bağlı müraciətinə yerində baxıb. Quyunun mövcud vəziyyətini öyrənən icra başçısı qeyd olunan məsələnin qısa bir vaxtda aradan qaldırılmasını bildirib və bununla əlaqədar aidiyyəti üzrə tapşırıqlarını verib.
Kənd sakini Vəli Mustafayev onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Müraciətlərinə operativ şəkildə baxılmasına görə sakinlər adından razılığını ifadə edib.

Keçidlər