Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakinləri ilə görüşlər davam edir

02 sentyabr 2016 | 16:00

Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov və rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin sakinlərlə görüşləri davam edir. Növbəti belə görüşlərdən biri rayonun İkinci Şıxlı kənd sakinləri ilə olmuşdur. Cənab başçı sakinləri salamlayıb bildirdi ki, bu günki görüşümüzdə əsas məqsədimiz kəndin problemlərini, kənd təsərrüfatında və xidmət sahələrindəki məlumatları və 2017-ci ilin kənd təsərrüfatı üzrə proqnozlarını sizin özünüzdən eşitməkdir.
Söz İkinci  Şıxlı kənd icra nümayəndəsi Qabil Məmmədova verildi. O, dedi ki, kəndin əhalisi 3571 nəfər, təsərrüfatların sayı 1041, şəhid ailələri 7, Qarabağ Əlilləri 9 nəfərdir. Ümumi torpaq sahəsi 5245, kənd təsərrfütaına yararlı sahə 4153 hektardır. Buğda 163 hektar, arpa 48 hektar olmuşdur. Məhsuldarlıq 31,2 sentnerdir. Taxıl biçini Aqrolizinqlə hər hektarı  30 manata aparılmışdır. Kənddə 11 traktor, 7 kotan, 3 mala, 4 dırmıq, 3 toxum səpən, 4 otbiçən və 5 otbağlayan texnika vardır. İribuynuzlu mal-qara 1753 baş, xırdabuynuzlu 7950 başdır. Kənddəki iki tam orta məktəbdən birinin  21 nəfər, digərinin isə 16 nəfər məzunu olub. İki məktəbdən cəmi 11 nəfər məzun ali məktəbə daxil olub. Kənddə 5 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.
Sonra cənab Rəcəb Babaşov taxıl biçini ilə maraqlanıb, məlum olub ki, Aqrolizinq vasitəsi ilə 1 hektar 27 manata, xüsusi kombaynlarla 30-35 manata biçilib. Biçinin Aqrolozinq kombaynlar vasitəsi ilə aparılması çox vacib məsələdir. Ona görə də bununla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır və yaxın zamanlarda həllini tapacaqdır. Kənddə qaz, işıq, içməli su və suvarma suyu ilə bağlı proplem yoxdur. Cənab R.Babaşov bildirmişdir ki, qışa hazırlıq işləri vaxtında aparılmalıdır. Təhsil sahəsində göstəriciləriniz çox aşağı səviyyədədir. Rayon Təhsil şöbəsi və kənddəki məktəblərin direktorları vəziyyəti düzəltməlidirlər.  Digər məktəblərdə bu göstərici 55-60 faiz təşkil etsə də, İkinci Şıxlı kənd məktəblərində 19-20 faizdir.
Cənab R.Babaşov sonra qeyd etmişdir ki, yeni dərs ili başlayanda özü məktəblərdə olacaq, müəllim və şagirdlərin hazırlığı ilə maraqlanacaqdır.
Uşaqların hazırlığı orta məktəblərdə aparılmalıdır. Evlərdə bu işə son qoyulmalıdır. Bu sahədə də fəaliyyətiniz yarıtmazdır. Bu gün dini radikalizm, narkomaniya baş alıb gedir. Ziyalılar və müəllimlər hara baxır? Məscidlər qeyri-qanuni fəaliyyət göstərir. Azyaşlı uşaqlar qeydi-qanuni təşkil olunmuş quran kurslarına və cümə namazlarına gedirlər. Bunlar barədə ciddi düşünülməli və  ölçü götürülməlidir.
Biz kəndlərdə işçi qrupları yaratmışıq. Nəyə görə? Ona görə ki, kəndlərdə icra nümayəndələri və bələdiyyələrlə əhali arasında boşluqlar var idi.  Onu aradan qaldırmaq üçün bu qruplar yaradılıb. Onlar problemlərin vaxtında bilinib aradan qaldırılmasına kömək edirlər. Bəzi məmurlar artezian quyularını özünün və qohumlarının əkin sahələrinə yaxın ərazidə qazdırırlar. Bu, yol verilməzdir. Kənddə vətəndaşların 14 müraciətindən 12-si müsbət həll olunub, 2-si isə əsassız olub.
Sonra kənd sakinləri çıxış etdilər. Raya Orucova və Nailə Alıyeva məktəbdə dərs bölgüsünün düzgün aparılmadığından, İlham Musayev marşrutlarda  gediş haqlarının çox olmasından, Məhəbbət Əfəndiyeva isə evladlarının işlə təmin olunmamasından, Müsənbər Hacıyeva evində təmir aparmağa imkanı olmadığından, Tahir Hüseynov torpaq sahəsinin zəbt olunmasından, Rəna Yusifova kənddə telefonların pis işləməsindən, Vidadi Kələşov torpağının sərhəd zonasında olmasına görə hərbiçilərin əkib-becərməyə icazə verməməsindən, Rahilə Qədimova kənddə qazın tez-tez kəsilməsindən danışdılar. Qurban Mikayılov isə kənddə görülmüş işlərə, deyilənlərin kağız üzərində qalmamasına  görə cənab Rəcəb Babaşova minnətdarlığını bildirdi. Vətəndaşlardan Raya Orucova və Tahir Hüseynov rayon  İcra Hakimiyyətinə dəvət olundular.
Bundan sonra Birinci Şıxlı kəndində keçirilən görüş də səmimiliyi və işgüzarlığı ilə seçilirdi. Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov dedi ki, mən ilk görüşümdə söyləmişdim ki sizinlə görüşlərimiz tez-tez olacaq. Məni kənddə real vəziyyət maraqlandırır.
Kənd icra nümayəndəsi Mübariz Süleymanov bildirdi ki, kənddə 3520 nəfər əhali yaşayır. Təsərrüfatların sayı 963-dür. İki şəhid ailəsi, iki nəfər Qarabağ əlili yaşayır. Təsərrüfatların maşın mexanizmlərlə təminatı aşağıdakı kimidir. Traktorların sayı 10, kotan 4, dırmıq 5, otbiçən 4, toxumsəpən 3-dür. Ümumi torpaq sahəsi 2739, kənd təsərrüfatına yararlı torpaqlar 2173 hektardır. Cəmi əkin sahəsi 744,7 hektardır. Buğda sahəsi 290, arpa sahəsi 76 hektardır. Məhsuldarlıq 27,4 və 19,8 sentner olmuşdur. İribuynuzlu mal-qaranın baş sayı 1573, xırdabuynuzlu 8890 başdır.
Kənd ərazisinə 1 ədəd yeni transformator qoyulmuş, 217 evə xidmət edən elektrik naqil SİB kabellə əvəz olunmuşdur.  Enerji verilişində 46 saat fasilə yaranmışdır.  Kənddə  5 nəfərdən ibarət işçi qrupu fəaliyyət göstərir.
Sonra cənab başçı bildirdi ki, kənddə məscidlə bağlı məsələ məni çox narahat etdi. Həyətyanı sahədə tikilmiş evdən qeyri-qanuni olaraq uzun illərdi ki, məscid kimi istifadə olunurmuş. Orada quran kursları təşkil edilir, azyaşlı uşaqlar oraya və cümə namazlarına cəlb olunurlar. Oraya vəhhabi təriqətinə mənsub insanlar gəlib-gedir.
Ümumiyyətlə, din adı altında oyunlar gedir və qanuna zidd işlər görülür. Bəs, kəndin ziyalıları, ağsaqqalları və müəllimləri hara baxır? Biz bütün bunlara görə orada bir sıra tədbirlər həyata keçirdik və həmin tədbirlərimiz indidə davam edir. Bina bələdiyyənin balansına verilmişdir. İndi orada məscidin fəaliyyət göstərməsi üçün sağlam insanlardan, ağsaqqallardan və ziyalılardan ibarət dini icma yaradılmalıdır. Biz bunları nəyə görə etdik? Əlbəttə, balalarımıza görə. Məscid yaxın günlərdə kənd sakinlərinin istifadəsinə veriləcəkdir.
İcra nümayəndəsi Mübariz Abdullayev bildirdi ki, kənd işıq, qaz, içməli və suvarma suyu ilə təmin edilib. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün “Birinci Şıxlı Fermer Təsərrüfatı” yaradılmış və əhali ilə 304 hektar torpaq sahəsi üzrə müqavilə bağlanmış və “Bəhrə” MMC tərəfindən  55 hektar torpaq sahəsi icarəyə götürülmüşdür. Ərazidə şumlama yekunlaşmışdır. Kənddəki 5 artezian quyusu  işlək vəziyyətdədir.
Cənab başçı qeyd etdi ki, bütün sahələrdə əkində, biçində və s. rəqəmlər real olmalıdır. Subsidiyalar əkilmiş sahəyə görə verilməlidir.
Təhsilə diqqət artırılmalıdır. Məktəbin 37 nəfər məzunundan cəmi 9 nəfəri ali məktbələr qəbul olub. Bu çox aşağı göstəricidir. Müəllimlərin və şagirdlərin hazırlığını özüm yoxlayacağam. Davamiyyət 100 faiz olmalıdır. Əlavə hazırlıqlar məktəblərdə keçirilməli və dərs bölgüsü düzgün aparılmalıdır. Müəllimlərdən pul yığılmamalıdır. Bu tip insanlar bilsin ki, o zamana qurtarıb.
İcra başçısı cənab R.Babaşov qeyd etdi ki, şəhid ailələri və Qarabağ əlillərinə  qayğı artırılmalıdır. Hazırda rayonda 27 şəhid ailəsinin evi təmir olunur. Sizin kəndinizdə 7  şəhid ailəsi yaşayır. Onlara bütün köməkliklər göstərilməlidir.
Sonra çıxışlar olmuşdur. Kənd sakini, müəllim, Məmməd Orucov təhsillə bağlı problemlərdən danışdı və bildirdi ki, bu sahəyə nəzarət güclü olmalıdır. Məhərrəm Bəşirov söylədi ki, təhsil sahəsində  valideynlərin də günahı var. Valideynlər bəzən müəllimlərin sözlərinə qulaq asmırlar. Kənd müəllimi Fəxrəddin Vəliyev kənddəki problemlərdən danışdı. Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov və kənd icra nümayəndəsi Mübariz Abdullyev həmin məsələlər aydınlıq gətirdilər. Yaxın günlərdə həmin məsələlərin öz həllini tapacağını bildirdilər.
Rayonun Dəmirçilər və Ürkməzli kəndlərində də görüşlər səmərəli oldu. İcra başçısı cənab Rəcəb Babaşov görüş iştirakçılarını salamladıqdan sonra görüşün məqsədi barədə məlumat verdi. Sonra kənd icra nümayəndəsi Gülnaz Mahmudova kənddəki vəziyyət barədə danışaraq bildirdi ki, Dəmirçilər kəndində 1565 nəfər əhali yaşayır, təsərrüfatların sayı 350-dir.  Kənddə 4 şəhid ailəsi və 5 nəfər Qarabağ əlili yaşayır. Ümumi torpaq sahəsi 1716 hektar, kənd təsərrüfatına yararlı sahə 1033 hektar, əkin sahəsi 619 hektardır. Kənd təsərrüfatında 4 traktor, 3 kotan, 3 mala, 3 dırmıq, 1 toxumsəpən, 3 otbiçən, 3 otbağlayan və 1 kombayn işlək vəziyyətdədir. Şumun 1 hektarı 30-35 manata aparılır. Bu il 579 hektar buğda, 137 hektar arpa əkilmişdir, məhsuldarlıq 24,1 və 19,9 sentner olmuşdur. İribuynuzlu mal-qaranın baş sayı – 1091, xırdabuynuzlular isə 4687 başdır. Kənddə 7 ədəd transformator mövcuddur və 3-nün dəyişdirilməsinə ehtiyac vardır. Elektrik enerjisinin verilişində 45 saat fasilə yaranmışdır. XI sinifi 10 nəfər bitirib 2 nəfər ali məktəb qəbul olub. Kənddə 5 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babşov verilən məlumatlara aydınlıq gətirərək bildirdi ki, rayonda kənd təsərrüfatı maşın-mexanizmləri azlıq təşkil edir. Bu məsələ ilə bağlı lazımi işlər aparılmışdır. Və bu ilin oktyabr ayında öz həllini tapacaqdır. Kənd təsərrüfatında və bütün digər sahələrdə uçot-hesabat işləri düzgün aparılmalıdır. Saxta rəqəmlər bizə lazım deyil.  Kənd təsərrüfatında işlər optimal müddətlərdə  həyata keçirilməlidir.  Çünki, gələcək məhsulun bol olması həm də bundan asılıdır. Gələcək məhsulun əsası indidən qoyulur.
Kənddə qaz, işıq, su, suvarma suyu ilə bağlı problemləriniz aradan qaldırılıb. Aqrolizinq yolu ilə texnika əldə edildikdən sonra əkin-biçin işlərinin dəyəri də aşağı düşəcək. Hazırda bu işlər 30-35 manata görülür ki,  bu da çoxdur. 2017-ci ilin məhsulu üçün şumlama işi başa çatdırılmalıdır.
Bütün sahələrdə aşkarlıq, şəffaflıq və təmizlik olmalıdır, təhsilə, səhiyyəyə, uşaq bağçalarına diqqət artırılmalıdır. Məktəbin 10 nəfər məzunundan cəmi 2 nəfərin ali məktəbə daxil olması çox pis vəziyyətdir. Təhsil şöbəsi ilə birgə vəziyyət araşdırılmalı və tədbirlər görülməlidir. Şəhid ailələrinə və Qarabağ əlillərinə hər gün qayğı göstərilməlidir. Hazırda rayonda 27 şəhid ailəsinin evində təmir işləri aparılır.
Kənd sakini, Qarabağ əlili Habil Xəlilovun evində hazırda təmir işləri gedir. Şəhid ailəsi Bahar Qurbanovanın evinə bitişik 20 m2-lik yeni evdə hörgü işləri başa çatıb və əlavə işlər gedir.
Rayonda gənclərin dini radikalizmdən, narkomaniyadan qorunması üçün bir sıra addımlar atılmışdır. Rayonun Birinci Şıxlı kəndində və Qazax şəhərində din adı altında  qanuna zidd əməllərlə məşğul olunmasının qarşısı alınmış  və qanuna zidd fəaliyyətlər dayandırılmışdır.
Kəndin sakinlərindən Təhməz Novruzov çıxışında çox yüksəklikdə yerləşən “Çal” adlanan məhəlləyə su xəttinin çəkilməsini xahiş etmişdir. Məsələ ilə bağlı yerindəcə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıq verilmişdir. Qarabağ əlili Habil Xəlilov, şəhid ailəsi Bahar Qurbanova onlar üçün ev tikdirdiyinə, kənd sakini Aftandil Namazov isə kənddə və bütün rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə prezidenti İlham Əliyev cənablarına və İcra başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını  bildirmişlər. 
Ürkməzli kəndində 1348 nəfər əhali, o cümlədən 1 şəhid ailəsi və 4 nəfər Qarabağ əlili yaşayır. Təsərrüfatların sayı 393-dür. Kənd təsərrüfatı maşın-mexanizmlərin sayı aşağıdakı kimidir. Traktor 9, kotan 4, mala 3, dırmıq 2, toxumsəpən 1, otbiçən 3, otbağlayan 2-dir. Kənd təsərrüfatına yararlı torpaq sahəsi 905, əkin sahəsi 560 hektardır, 12 hektar buğda, 23 hektar arpa əkilmişdir. Məhsuldarlıq 24,1 və 19,9 sentner olub. Iribuynuzlu mal-qaranın sayı 892, xırdabuynuzlular isə 3835 başdır. Kənddə 7 ədəd transformator vardır, onlarıdan 3 ədədi dəyişdirilməlidir. Enejidə fasilə 46 saat olmuşdur. XI sinifi 20 nəfər bitirmiş, onlardan 6 nəfəri ali məktəblərə qəbul olmuşdur.
İcra nümayəndəsinin verdiyi məlumatlara rayon İcra Hakimiyyətinin başçıcı sənab Rəcəb Babaşov tərəfindən aydınlıq gətirildi. Bildirildi ki, bu gün kəndlərimizdə təsərrüfatla məşğul olmaq üçün hər cür şərait vardır. Biz bu imkanlardan istifadə etməliyik.  Ölkədə qeyri-neft sektorunun inkişafı üçün ilk növbədə kənd təsərrüfatı inkişaf etdirilməlidir. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da qarşıya qoyduğu əsas vəzifə bundan ibarətdir. Subsidiyalar düzgün, qanuni verilməlidir. Əkilməyən və məhsul götürülməyən torpağa görə subsidiya verilməsi yolverilməzdir.
Kənddə təhsil, səhiyyə, uşaq bağçalarının səviyyəsi qaldırılmalıdır. Kənddə XI sinifi bitirən 20 nəfər məzundan cəmi 6 nəfərinin ali məktəblərə daxil olması yarıtmaz fəaliyyətin nəticəsi hesab olunmalıdır və bütün bunların qarşısı  tezliklə alınmalıdır.
Çıxış edənlərdən Nazim Osmanov, Novruz Orucov, Gülsənəm Cəlilova kəndə içməli su çəkilişinə görə, məktəb direktoru İlqar Miralayev isə kənddə görülmüş bütün işlərə görə icra başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər