Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Azadlıq küçəsində vətəndaşın müraciətinə yerində baxıb

04 iyun 2021 | 16:00

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrdə vətəndaş amilinin ön plana çəkilməsi bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidentinin rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də məhz bu amala xidmət edir.
Dövlət başçısının "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” fikri Qazaxda da real əksini tapır. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi diqqət və qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. İllər öncə əsası qoyulan ənənə bu gün də olduğu kimi davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir vətəndaşın, şəhərin Azadlıq küçəsi 208A mənzil 12 ünvanında yaşayan Abbasova Nailə Nəbi qızının həyətyanı torpaq sahəsində olan elektrik dayağının yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə yerində baxıb.
Rayon rəhbəri icra aparatının məsul şəxsləri və Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevlə birlikdə vətəndaşın istəyini dinləyib, qaldırılan məsələnin qısa bir vaxtda müsbət həll olunması istiqamətində aidiyyatı üzrə lazımi tapşırıqlar verib.
Vətəndaş Nailə Abbasova ona göstərilən diqqətə, qayğıya, müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

Keçidlər