Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Cəfərlidə evlərin dam örtükləri dəyişdirilir

06 sentyabr 2016 | 16:00

Rayonumuzun Bala Cəfəli kəndi düşmənlə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindən biridir. Kəndin ətrafında, təqribən 120-150 metr məsafədə yerləşən düşmənin 3 atəş nöqtəsi daim yerli sakinlər üçün təhlükə yaradır. Müharibə başlayandan bu günə kimi kəndin 5 nəfər dinc sakini düşmən gülləsinin qurbanı olmuşdur. Bir sözlə, Bala Cəfərli kəndinin əhalisi daim düşmən atəşinə məruz qalır.
İnsan itkisi ilə yanaşı, kəndin evləri də ermənilər tərəfindən güllə-baran edilmiş, yerli sakinlərə külli miqdarda maddi ziyan dəymişdir. Bu gün kəndin demək olar ki, bütün evlərinin dam örtüklərində, pəncərələrində və divarlarında düşmən güllələrinin izləri vardır. Bunun nəticəsidir ki, kənddəki 24 ev yarasız hala düşmüşdür.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun göstərişinə əsasən Bala Cəfərlidə evlərin dam örtüklərinin dəyişdiliməsinə başlanılmışdır. İşlər sürətlə getdiyindən artıq 4 evin dam örtüyü yenidən vurulmuşdur. Evlərində təmir işləri aparılan sakinlərdən Vəli Vəliyev, Mahizər Quliyeva, Tamara Məmmədova, Tarıyel Mürsəlov həyata keçirdiyi bu xeyirxah işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.
Bala Cəfərlidə evlərin dam örtüklərinin dəyişdirilməsi işi sürətlə davam edir. Bu xeyirxah tədbir yaxın günlərdə başa çatdırılacaqdır.

Keçidlər