Şriftin ölçüsü :

Saytın rəngi :

Qayidişdan başlanan qurtuluş

15 iyun 2012 | 15:00

Respublikanın hər yerində olduğu kimi rayonumuzda da 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Qazax rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə idarə, müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını və rayon əhalisini səmimi qəlbdən təbrik etmişdir. Bildirmişdir ki, tarixdə elə anlar olur ki, xalq həyatın bir çox sərt sınaqları ilə üzləşməli olur. 1993-cü ilin iyununda Azərbaycan xalqı da belə bir çətin imtahan qarşısında qalmışdı. Məhz Azərbaycan xalqının azadlığının, müstəqilliyimizin müqəddəratının həll edildiyi ağır günlərdə xalqın tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Qazax rayon İcra Hakimiyyəti Başçısının I müavini Fərman Nağdalıyev geniş məruzə ilə çıxış edərək o dövrdə ölkədə baş verən hadisələrdən ətraflı söz açmışdır.
Məruzə ətrafında çıxışlar olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, şair Barat Vüsal, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru Afaq Qasımova, rayon sığorta idarəsinin müdiri Mübariz Abdullayev, polkovnik-leytenant Namiq Heydərov çıxış edərək 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, arzu və istəklərini bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirə yekun vuraraq tədbir iştirakçılarını və Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.
15 iyun Milli Qurtuluş Günü münasibətilə rayon mədəniyyət evinin qarşısında konsert təşkil olunmuşdur.
 

Keçidlər