Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda arpa biçini davam edir

21 iyun 2021 | 16:00

Son illər ölkəmizdə dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini əhalinin etibarlı ərzaq təminatı təşkil edir. Kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq təkcə əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəmir, eyni zamanda heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də böyük rol oynayır. Odur ki, taxılçılığın inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır.
Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.
2021-ci ildə Qazaxda 10082,50 hektar sahədə taxıl əkilib ki, bunun da 5601 hektarı buğda, 4481,5 hektarı arpa sahəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da arpa biçini davam edir. Biçin zamanı aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, bu günə kimi 4481,5 hektar arpa sahəsinin 3298 hektarında biçin aparılıb. Sahələrdən 10182,7 ton məhsul biçilib. Hələlik hər hektardan orta məhsuldarlıq 30,88 sentner təşkil edir. Qalan sahələrdə isə biçin işləri sürətlə davam etdirilir.

Keçidlər