Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda pandemiya əleyhinə dezinfeksiya işləri aparılıb

10 avqust 2021 | 16:00

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qazaxda həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir.
Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi yerinə yetirilir.
Son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq rayonda bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib. Belə ki, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə rayonda növbəti dezinfeksiya işləri aparılıb.
Bu gün Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən dezinfeksiya işləri "Qazax Avtovağzal” ASC-də, şəhərdə fəaliyyət göstərən çayxanalarda, eləcə də şəhərin Heydər Əliyev prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev küçələrində aparılıb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən qeyd edilən ərazilər Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.
Prospekt və küçələr isə əməkdaşlar tərəfindən hazırlanmış məhlulla maşın vasitəsilə dezinfeksiya olunub.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Heydər Əliyev prospekti

"Qazax Avtovağzalı” ASC

Şəhər ərazisində fəaliyyət göstərən çayxanalar

 

 

 

 

 

Keçidlər