Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir bulaq-abidə kompleksi istifadəyə verilmişdir

15 avqust 2021 | 16:00

Qazaxda şəhid həkim, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun adına inşa olunan bulaq-abidə kompleksinin və yaşadığı evin önündə barelyefinin açılışı olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu münasibətlə tədbirə toplaşan¬lar qarşısında çıxış edərək demişdir ki, Adil Əfəndiyev kimi oğullarımızın xatirəsi daim qəlblərdə yaşayacaq. Rayon rəhbəri 44 gün¬lük savaşda əldə etdiyimiz Böyük Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd etmiş və Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarla hər kəsin qürur duyduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, Adil Əfəndiyev ölümündən sonra ölkə başçısının müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunma¬sına görə”, “Xocavəndin azad olunması¬na görə” medalları ilə təltif edilmiş və bu, şəhidimizə verilən ən böyük dəyər kimi qiymətləndirilmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov, TƏBİB-in stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qa¬zax Rayon Şöbəsinin sədri Xasay Balayev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şəhidin vaxtilə təhsil aldığı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, döyüş yol¬daşı kapitan Rəhman Muradov və başqaları çıxış edərək belə igid oğullarla fəxr etdiklərini və qürur duyduqlarını bildirmişlər.
Şəhidin atası Qədir Əfəndiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə öz razılığını ifadə etmiş, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirmiş, övladı Adil və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləmişdir. Şəhid atası demişdir ki, bu bulağın, büstün qurulması Adil və onun kimi digər qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət kəsb edir. O, bu işlərin ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasiminə toplaşanların hər birinə ailəsi adından təşəkkürünü bildirmişdir.


Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
15 avqust 2021-ci il

Keçidlər