Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Alpout kənd sakinlərinin müraciətinə yerində baxıb

23 avqust 2021 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu amil Qazaxda hər zaman nümunə götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda birmənalı şəkildə olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrdə vətəndaş məmnunluğunun təmin edilməsi əsas götürülür.
Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevlə birlikdə bir qrup Alpout kənd sakininin müraciətinə yerində baxış keçirməsi vətəndaşlara olan növbəti qayğı deməkdir.
Sakinlərin Coğazçay su hövzəsindən kənddə yerləşən subartezian quyusuna əlavə su xəttinin verilməsi üçün elektrik dayaqlarının qoyulması və xəttin çəkilməsi ilə bağlı müraciətlərini dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılmasını, mövcud imkanların öyrənilməsini söyləyib və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.
Kənd ağsaqqalı Əhəd Vəliyev və başqaları çıxış edərək onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd etdikləri məsələnin həlli ilə bağlı lazımi addımların atılmasını razılıq hissi ilə qarşılayıblar.

Keçidlər