Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Abad məhəllə”lərin sayı artır

25 avqust 2021 | 16:00

Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatmaq üzrədir. Təqdirəlayiq haldır ki, bu işlərin yekunlaşdığı ərazilər dərhal abadlaşdırılmış, prospekt və küçələr asfaltlanmış, səkilərə yeni tamet, bardür düzülmüş, qaz, elektrik, rabitə xətləri səliqəyə salınmışdır. Eyni zamanda, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq-quruculuq işləri aparılaraq “Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilmişdir.
Bu günlərdə şəhərin Azadlıq küçəsində yerləşən daha bir çoxmənzilli yaşayış binasının da təmirinə başlanılmışdır. Qeyd edək ki, bu, həmin küçədə təmir olunan, həyətində abadlıq işləri aparılan, asfalt vurulan sayca 5-ci binadır. Bütövlükdə isə Qazax şəhərində indiyədək 21 binada təmir-bərpa işləri aparılmış və həyətlərdə “Abad məhəllə” salınmışdır. Şəhərdə 15-dən çox küçə, o cümlədən Heydər Əliyev prospekti, Vaqif, Səməd Vurğun və digər küçələr asfaltlanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov bu işlərin gedişinə və keyfiyyətinə şəxsən özü nəzarət edir. Demək olar ki, hər gün iş gedən obyektlərə baş çəkilir, problemlər öyrənilir, operativ tədbirlər görülür.

"Xalq qəzeti”
25 avqust 2021-ci il

Keçidlər