Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yiğincaği keçirilmişdir

19 iyul 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyul ayının 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.
Bununla əlaqədar Qazax rayonunda hesabat yığıncağı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyev adına parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra İcra Hakimiyyətinin akt zalında yığıncaq öz işinə başlamışdır. Hesabat yığıncağında rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov iclası giriş sözü ilə açaraq tədbirin gündəliyi barədə yığıncaq iştirakçılarına məlumat vermişdir.
Yığıncaqda rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, hesabat dövründə respublikamızda möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında geniş miqyaslı işlər görülmüşdür. Respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilmiş və 2012-ci ildə demək olar ki, bütün sahələr üzrə uğurlu göstəricilər qazanılmışdır. Hesabat dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində yadda qalan tədbirlər həyata keçirilmiş, əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində mühüm işlər aparılmışdır. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2012-ci ilin birinci yarısında uğurla həyata keçirilmişdir.
Yığıncaqda rayon maliyyə idarəsinin rəisi Novruz Abdullayev, mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, qaz istismar sahəsinin rəisi Mahir Qocayev, paylayıcı elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev, su-kanal idarəsinin rəisi Abdulla Qocayev, suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov çıxış edərək rəhbərlik etdikləri idarə və müəssisələrdə hesabat dövründə görülən işlərdən söz açmışlar.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən, həyata keçiriləcək işlərdən danışmışdır.

 

Keçidlər