Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilində rayonumuzda 2 yeni məktəb binası istifadəyə verilmişdir

15 sentyabr 2016 | 16:00

“Təhsil millətin gələcəyidir”- deyən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilən islahatlar təhsil sahəsində qazanılan uğurlardan xəbər verir. Bunu respublikamızda yeni məktəb binalarının tikilib istifadəyə verilməsində aydın şəkildə görmək olur. Böyük fəxrlə demək olar ki, hər il respublikamızda yeni tikilən məktəb binalarının sayı durmadan artır.
Respublikamızda olduğu kimi, rayonumuzda da təhsilə böyük diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov başqa sahələrlə yanaşı, təhsil sahəsinin də inkişaf etməsi üçün lazım olan bütün tədbirləri həyata keçirir. Bunun nəticəsidir ki, rayonumuzda yeni məktəb binalarının sayı getdikcə artır. Tədris müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilir.
Yeni dərs ilində rayonumuzda 2 yeni məktəb binası istifadəyə verilmişidr. Həmin məktəblər  qapılarını yeni dərs ilinin ilk günündə müəllim və şagirdlərin üzünə açmışdır. Müasir üslubda və yüksək səviyyədə inşa olunmuş məktəb binaları 2016-2017-ci tədris ilinin ilk günündə Qazax təhsilinə ən böyük töhfədir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yeni məktəb binalarının açılışında iştirak etmişdir. 220 şagird yerlik Aşağı Əskipara kənd tam orta məktəbin açılışında çıxış edən cənab Rəcəb Babaşov Respublika Prezidenti İlham Əliyev cənablarının təhsilə böyük qayğı və diqqət göstərməsindən söz açmışdır. Qeyd etmişdir ki, bu məktəbdə Aşağı Əskipara kəndi ilə yanaşı Bağanıs Ayrım, Xeyrımlı, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kənd orta məktəblərin şagirdləri də təhsil alacaqdır. Bildirmişdir ki, bu məktəbdə şagirdlərin təhsil almaları üçün hər cür şərait vardır. Cənab başçı onların öz doğma kəndlərində məktəbə getmələrini arzu etmişdir. 
Daha sonra qeyd etmişdir ki, qarşıda böyük irəliləyişlər, saysız-hesabsız uğurlar bizi gözləyir. Buna nail olmaq üçün biliyə hərtərəfli yiyələnməli, elm sahəsində yüksək nəticələr əldə edilməlidir. İrəliləyişin, tərəqqinin yolu yalnız elmdən keçir.
Sonda cənab Rəcəb Babaşov müəllim və şagirdləri, valideynləri, bütün kənd sakinlərini yeni məktəb binasının açılışı və  "Bilik  günü" münasibətilə təbrik edərək pedaqoji kollektivə uğurlar arzulamışdır.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək məcburi köçkün ailələrinin övladlarının təhsil almaları üçün inşa edilmiş yeni məktəb binasına görə Respublika Prezidenti İlham Əliyev cənablarına  sakinlər adından öz dərin minnətdarlıqlarını bildirmişlər.
Cənab Rəcəb Babaşov məktəbin açılışını bildirən lenti kəsdikdən sonra məktəbə baxış keçirilmişdir. 11 sinif otağından, kimya, fizika laboratoriyalarından, hərbi kabinetdən, informatika otağından, akt və idman zallarından, kitabxana və tibb otağından ibarət olan yeni məktəb binası rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Keçidlər