Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı BDU-nun Qazax filialında olub

27 sentyabr 2021 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, sentyabrın 29-dan ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bakı Dövlət Universitetinin Qazax filialında olub, 2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar görülmüş işlərlə maraqlanıb.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov yeni tədris ilinin başlanması ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. Filialda aparılan cari təmir işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib.
Rayon rəhbəri Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, filialda təmizlik və dezinfeksiya işlərinin aparılmasına, tibbi maskadan istifadəyə, hər gün işçi heyətin və tələbələrin temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə diqqətin artırılmasını qeyd edərək aidiyyatı üzrə lazımi tapşırıqlarını verib.

 

Keçidlər