"Biz sülh istəyirik” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir
Qazaxdakı Dövlət Rəsm Qalereyasında Qazax rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Beynəlxalq sülh günü" ilə əlaqədar gənc rəssamlar arasında "Biz sülh istəyirik" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Tədbiri Qalereyanın müdiri Münəvvər Xəlilova açaraq müsabiqənin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Mədəniyyət və Turizm şöbəsinin məsul işçisi Məfrubə Mehdiyeva və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Aqşin Əzizov çıxış etmişlər.
Sonra müsabiqəyə start verilmiş və gənc rəssamların əl işlərinə baxış keçirilmişdir. Həsənli Nuray Taleh qızı I, Əlizadə Coşqun Elxan oğlu II və Qurbanova Nəzrin Anar qızı III yerə layiq görülməklə qalib olmuşlar.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.