Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti–abadlıq işləri daha da genişlənir.Qazağın ünvanı - Obelisk

28 sentyabr 2016 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun rəhbərliyi ilə rayonumuzda tikinti-quruculuq və abadlıq işləri getdikcə daha geniş vüsət allr. Bütün sahələrdə aparılan quruculuq və abadlıq işləri rayonumuzun simasının gündən-günə dəyişməsinə, Qazağın daha abad və yaraşıqlı olmasına xidmət göstərir.
Azərbaycanın Qərbində yerləşən Qazax rayonunun girişində Qazağın ünvanını bildirən “Obelisk” də belə tikinti-abadlıq işlərindən biridir.  Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun göstərişinə əsasən rayonumuzun girişində ucaldılmış,  22 metr hündürlüyü olan   “Obelisk”də əsaslı təmir və yenidənqurma işləri aparılmış və sözün əsl mənasında bu tikili abidəyə çevrilmişdir.  Abidəni ətrafında  5000 kvadrat metr sahəyə qazon, dekorativ ağac və gül kolları əkilmiş, yolun hər iki tərəfində yeni işıqlandırma sistemi quraşdırılmışdır. 
Yaşıl otların arasından işıqlar yaşıllığa xüsusi gözəllik verir və gözoxşayan olur.   Təbii ağaclardan hazırlanmış arakəsmələr isə bütün bu gözəlliyi daha artırır və təbiiləşdirir. Ona görə də bu abidə rayonumuza daxil olan hər bir adamda xoş təəssürat yaradır.
İndi bura nəinki Qazax rayonunda, eləcə də qonşu Ağstafa və Tovuz rayonlarında yaşayan gənclərin də ən çox sevdiyi məkanlardan birinə çevrilmişdir. Yeni ailə quran gənclər buraya gələrək  xatirə şəkilləri çəkdirirlər.

Keçidlər