İcra başçısı qidadan zəhərlənən tələbələri xəstəxanada ziyarət edib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaşadıqları evdə qidadan zəhərlənən Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrini müalicə aldıqları xəstəxanada ziyarət edib.
Qazax Rayon Mərkəzi Xəstəxanasına gələn icra başçısı tələbələrin səhhəti ilə maraqlanıb, hazırki vəziyyətlərini öyrənib.
Növbətçi həkim Yeganə Əliyeva tələbələrə lazım olan bütün tibbi yardımın göstərildiyini, bu gün vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.
Tələbələrlə səmimi söhbət edən rayon rəhbəri hər cür qayğı ilə əhatə olunduqlarını, nə kömək lazım olsa etməyə hazır olduğunu qeyd edib.
Tələbələrin valideynləri də öz növbələrində övladlarına göstərilən münasibətə, diqqət və qayğıya görə razılıqlarını bildirərək, ailələri adından minnətdarlıq ediblər. Xəstəxanaya daxil olduqları ilk andan hər cür dəstəyin şahidi olduqlarını vurğulayıblar.