Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması" mövzusunda tədbir keçirilmişdir

30 sentyabr 2016 | 16:00

Qazaxda "Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri, Qarabağ müharibəsi  veteranları, qaçqın və məcburi köçkünlər, onların ailə üzvləri iştirak etmişdir.

İctimai Birliyin rayon şöbəsinin sədri Xasay Balayev toplantını açaraq tədbirin mahiyyəti və əhəmiyyəti haqqında danışmış, rayonda Qarabağ müharibəsi əlillərinə və veteranlarına, şəhid ailələrinə,  qaçqın və məcburi köçkünlərə  göstərilən diqqət və qayğı haqqında ətraflı məlumat vermişdir.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək rayonumuzda Qarabağ müharibəsi veteranlarına, şəhid və məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, bu statusdan olan insanlara rayon rəhbərliyi hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə maraqlanır və hər cür dəstək göstərir.
  Bu gün qazaxlılar üçün daha əlamətdar bir gündür. Belə ki, rayonumuzda aprel döyüşlərində şəhid  olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə tikilmiş bulaq komplekslərinin açılışı olmuşdur. Bu dövlətimizin və rayon rəhbərliyinin şəhidlərimizə olan diqqət və qayğısının ən böyük təzahürüdür.   
  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək keçirilən tədbirin məqsəd və vəzifəsindən danışmışdır.
Qeyd etmişdir ki, bu tədbirin əsas məqsədi şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər haqqında məlumat vermək, müharibə veteranı statusu olan insanlara işə qəbul qaydalarını öyrətmək, gələcəkdə onların alacağı əmək pensiyalarına bunun əhəmiyyətini çatdırmaq, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün qanunda nəzərdə tutulmuş qaydaları izah etməkdir. 
Birliyin mərkəzi nəzarət-təftiş komissiyasının sədri Ariz Məmmədov tədbirdə çıxış edərək ictimai birlik tərəfindən həyata keçirilən layihələrdən, təlimlərdən söz açmışdır.
Sonra Qarabağ müharibəsi veteranları çıxış etmiş, onları maraqlandıran suallar, arzu və istəklər səsləndirilmişdir.

Keçidlər