“Vətən üçün hazır ol!”
Qazax Dövlət Rəsm Qalereyasında Qazax rayonu Icra Hakimiyyətinin və “Öyrədərək Öyrənirik” GİİD İctimai Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilmişdir.
“Vətən üçün hazır ol!” adlı tədbirdə gənc rəssamların Vətən mövzusunda çəkdikləri əl işləri nümayiş olunmuşdur.
Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Rayon Mədəniyyət və Turizm şöbəsinin baş məsləhətçisi Nailə Əliyeva gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin əhəmiyyətindən danışmışlar.
Sonra gənclərin əl işlərinə baxış keçirmişdir. Qurbanov Bəhruz Zahid oğlu, Veyisova Lalə Ayaz qızı I yerə, Quliyev Eşqin Əmir oğlu, Kərimova Elnurə Faiq qızı II yerə, Əlizadə Coşqun Elxan oğlu, Carçılı Ema Ramil qızı isə III yerə layiq görülmüşlər.
Qaliblərə qiymətli hədiyyələr verilmiş və diplomlar təqdim olunmuşdur.