Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə görüşüb

06 noyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də digər yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları xalqımızın 30 illik yurd həsrətinə son qoymaq üçün döyüş meydanına atıldı. Göstərdikləri qəhrəmanlıqlarla, şücaətlə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.
"Qarabağ Azərbaycandır!” şüarı Qazaxın igid, mərd, cəsur oğullarının da dillər əzbəri, həyat amalı oldu. Bu şüarı əldə rəhbər tutan igid, vətənpərvər oğullarımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin şəhidi olaraq adlarını hərb tariximizə qızıl hərflərlə əbədi yazdılar. Torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan oğullarımızla bu gün hər birimiz fəxr edirik. Ən əsası da ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.
Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayeva, köməkçisi Arzu Musayeva, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova ilə birlikdə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən Vətən müharibəsi qaziləri ilə görüşərək qayğıları ilə maraqlanıb.
“Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini əsgər Həsənov Anar Rasim oğlunun, ölümlərindən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun, Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, şəhid Mərdanov Məmməd Ələddin oğlunun, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun ailəsi ziyarət edilərək qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət dilənib. Şəhidlərimizin ailələrinə, yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı qeyd edilib.
"Şəhidlərimiz bizim baş tacımız, fəxrimiz, qürurumuzdur. Bugünkü qələbəmizə görə şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borcluyuq”, - deyən Milli Məclisin deputatı Ülviyyə Ağayeva bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib, ailələrinə bir daha başsağlığı verib. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini bildirib. Qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının ən ümdə vəzifə olduğunu vurğulayıb. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən şəhid ailələri həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin döyüş meydanında göstərdikləri igidliklərini qiymətləndirərək orden və medallara layiq görülməsini, adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildiriblər. Qazilərimiz, şəhid ataları, anaları bütün şəhidlərimizlə qürur duyduqlarını, onlarla fəxr etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər.

Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini əsgər Həsənov Anar Rasim oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”,"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsi

Xanlıqlar kəndinin igid oğlu, şəhid Mərdanov Məmməd Ələddin oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə”,"Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlu

 

 

Keçidlər