Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda növbəti tədbir keçirilib

30 noyabr 2021 | 16:00

Noyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda növbəti tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında "Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiya”sı tərəfindən keçirilən tədbirdə narkomaniyanın törətdiyi fəsadlar və narkotik vasitələrin qanunsuz dövriyyəsindən, rayon ərazisində nikahın, həmçinin erkən nikahın qeydə alınması və nikahın pozulması, aliment ödəyənlərin sayı, alimenti gecikmə ilə ödəyənlər və alimenti ödəməkdən imtina edənlərdən danışılıb.
Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Rayon Prokuroru Rauf Gözəlov, Polis Şöbəsinin rəisi Sənan Əsədov,  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisiRamiz Şəmmədov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, "Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Qazax Rayon Psixiatriya Xəstəxanasının narkoloq həkimi Nahidə Osmanova, ziyalılar, rayon və kənd ağsaqqalları, məktəbin müəllimləri, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər.
Tədbirdə əvvəlcə narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən videoçarx nümayiş olunub.

 

Keçidlər