Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib

04 dekabr 2021 | 16:00

Dekabrın 4-də Pandemiya qaydalarına uyğun olaraq Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə geniş tərkibdə müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, Rayon Təhsil Şöbəsi əməkdaşlarının, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Vüqar Süleymanov adına Qazax Peşə liseyi rəhbərlərinin,məktəb direktorlarının, direktor müavinlərinin iştirakı ilə keçirilən müşavirədə məktəblərdə dərsə davamiyyətin, nizam-intizamın, pandemiya qaydalarına necə əməl olunmasının, narkomaniya ilə mübarizə sahəsində görülmüş işlərin mövcud vəziyyəti geniş şəkildə müzakirə olunub.

 

Keçidlər