Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” adlı tədbir keçirilib

09 dekabr 2021 | 16:00

Dekabrın 9-da Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” adlı tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, “Göyəzən” qəzeti redaksiyasının  əməkdaşı Xuraman Əzimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, tələbələr, gənclər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva tədbiri giriş sözü ilə açaraq Ulu Öndərin xalqımızın mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndərin məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu və bu gün dünyanın aparıcı dövlətləri ilə iqtisadi və siyasi əlaqələr qurur. O, dahi şəxsiyyət, böyük siyasətçi, yaradıcı dövlət xadimi kimi xalqımızın yaddaşında dərin iz qoyaraq qəlblərdə əbədiyaşarlıq qazanıb.
Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək Heydər Əliyevin keçdiyi ömür yolu, müdrik siyasətə, dönməz əqidəyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu, dövlətimizin əsasını qoyan, azərbaycançılıq məfkurəsinin banisi kimi əbədiyaşar siyasi lider olduğu haqqında geniş məlumat verib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva xalqımızın ən çətin anında xilaskarlıq missiyasını cəsarətlə yerinə yetirən dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən danışaraq bildirib ki, ölkənin parçalandığı, millətin  vətəndaş  müharibəsi ilə üz-üzə qaldığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızın azadlıq, müstəqillik ruhunu bir daha yüksəltdi. Bu qayıdış xalqın qəlbində Heydər Əliyev şəxsiyyətinə əbədi məşəlin hər zaman gur işıq saçmasına səbəb oldu.
“Göyəzən” qəzeti redaksiyasının əməkdaşı Xuraman Əzimova çıxış edərək qeyd edib ki, Heydər Əliyev azadlığın, demokratik dəyərlərin banisi, hər bir azərbaycanlının fəxr və qürur yeri, dünya siyasətçiləri sırasında özünəməxsus çəkisi olan fenomenal şəxsiyyətdir. X.Əzimova həmçinin 1998-ci ildə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayında şəxsən iştirak etməsindən və Heydər Əliyevlə görüşündən də bəhs edib. O, bu görüşün onun həyatında dərin izlər buraxdığını bildirib. 
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin II kurs tələbəsi Xumar Tanrıverdiyeva çıxış edərək Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, Azərbaycanın demokratik hüquqi dövlət kimi inkişafında gənclərə yaradılan yüksək şəraitdən danışıb. Tədbir Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinin Ulu Öndərin anım günü ilə əlaqədar hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

 

 

Keçidlər