Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 2016-cı ilin 9 ayının yekunları müzakirə olunmuşdur

20 oktyabr 2016 | 16:00

Qazax rayonunda 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və  qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov geniş məruzə ilə çıxış etmişdir.
Məruzəni qısa ixtisarla dərc edirik.
  Hörmətli toplantı iştirakçıları,
2016-cı ilin 9 ayı rayonumuz üçün uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2016-cı ilin yerli gəlir və xərclərinin proqnozu  19670799 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6614000 manatını yerli daxilolmalar, 13056799 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 33,6 faiz, dotasiya isə 66,4 faiz olmuşdur.
2016-cı ilin 9 ayında yerli daxilolmalar 4709168 manat proqnoza qarşı 4864659 manat və  ya  103,3 faiz yerinə yetirilərək büdcəyə  155491  manat çox vəsait mədaxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 9181989 manat icra olunmuşdur. (94,8 faiz)
2016-cı ilin 9 ayında yerli xərclər  88,7 faiz və ya 1802913 manat az icra olunmuşdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir. Cəmi yerli xərclər 15925563 manata qarşı 14412650 manat yerinə yetirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 406 nəfərlik iş yerinin açılması məqsədi ilə 51 layihə üzrə 9479600 manat kredit verilmişdir ki, bundan 5 layihə üzrə 358 iş yerinin açılması məqsədilə 9060000 manatı sənaye məhsulları istehsalına və 46 layihə üzrə 48 iş yerinin açılması məqsədilə 419600 manat kənd təsərrüfatı məhsulları istehsalı sahələrinə ayrılmışdır.
Dövlət Sosial Müdafiə  Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2016-cı ilin 9 ayında ödəniş müəssisələrinə 27800000 manat vəsait köçürülmüşdür. Şöbədə 2016-cı ilin 9 ayında sosial sığorta  haqları  üzrə  yığım  proqnozu  87,2  faiz  yerinə   yetirilmişdir.  Bu göstərici büdcə təşkilatları üzrə 3153300  manat proqnoza qarşı  2840000 manat, yəni 90 faiz, qeyri büdcə təşkilatları üzrə 845900 manata qarşı 647400 manat olmaqla 76,5 faiz  yerinə yetirilmişdir.
Ötən 9 ay ərzində Fond tərəfindən 1768 ailəyə ünvanlı sosial yardım təyin edimiş və ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2016-cı ilin 9 ayında Qazax Elektrik şəbəkəsi tərəfindən 10 kv hava xəttində 19,53 km, 0,4 kv hava xəttində 11,05 km uzunluğunda cari təmir işləri aparılmış, 479 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş və 501 ədəd transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur. Əhali tərəfindən 328 yeni tikilmiş evlərə sayğaclar quraşdırılmış, 4,44 km uzunluğunda giriş  xətləri  çəkilmiş, 900 ədəd zədəli sayğaclar yeni elektron sayğaclarla əvəz edilmişdir.
Daş Salahlı kəndində yerləşən “Avey” hərbi postuna 51 ədəd dayaq quraşdırılmaqla 3,5 km uzunluğunda xətt çəkilərək elektrik enerjisi verilmişdir.
Qazax rayonunda Prespektiv inkişaf proqramına əsasən 110/35/6 kilovotluq Daş Salahlı və 35/10 kilovoltluq Qazax1 yarımstansiyaları yeni müasir tipli avadanlıqlarla təmin olunmaqla tam yenidən qurulmuşdur. Həmin yarımstansiyalarda bütün giriş və çıxış xətləri yüksək gərginlikli kabellərlə yerinə yetirilmişdir. Qazax şəhəri, Daş Salahlı və Ağköynək, Xanlıqlar, Birinci Şıxlı kəndlərində sipləşmə ilə əlaqədar 23 ədəd yeni transformatorlar sexemaya qoşulmuşdur. Əlavə olaraq 20 ədəd yeni KTM verilmişdir. 51,68 km sip kabel çəkilərək 2546 ədəd dayaq quraşdırılmışdır. Hazırda sipləşmə işləri davam edir.
Ötən dövrdə əhaliyə satılan enerjinin dəyəri  1521468 manat, toplanan vəsait isə 1517200 manat olmuşdur. Cəmi yığım 91,2 faiz, o cümlədən yerli əhali üzrə 98,1 faiz yerinə yetirilmişdir.
Bildiyiniz kimi, Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon Qaz İstismar Sahəsi tərəfindən 9 ayda əhali abonentlərə satılmış qazın dəyəri 2539545 manat olmuş, 2399481 manat (94,5%) vəsait yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 101812 manat az vəsait toplanmışdır.  Ötən 9 ay ərzində 457 nəfər abonent təbii qazla təmin olunmuşdur.
Qazax Telekommunikasiya Qovşağı cari  ilin 9 ayında 2015-ci ilin 9 ayı ilə müqayisədə 48394 manat artıq vəsait toplayaraq planı  100 faiz yerinə yetirmişdir. 207 ədəd yeni telefon çəkilmiş, 85 ədəd telefon şəbəkəyə  bərpa olunmuşdur.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su və telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 109 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 707 ədəd bağlama qəbul edilmiş və 205 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir.
“Qazax-Avtovağzal” ATSC-i 2016-cı ilin 9 ayında plana 107 faiz əməl edərək 246100 sərnişinə xidmət göstərmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2016-cı ilin 9 ayında  5991 abonentə xidmət göstərilmiş və 303134 manat vəsait toplanmışdır. Bu isə satışın 95 faizini təşkil edir. Təşkilat tərəfindən 2 ədəd subartezian nasosu mühərriklə birlikdə yenisi ilə əvəz olunub, 1 ədəd artezian nasosu, 4 ədəd su mühərriki və 2 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur.
Coğazçay - Qazax magistral su xəttində baş vermiş qəzalar nəticəsində  diametri  530 mm-lik magistral su xəttinin 20 p/m hissəsi yenisi ilə əvəz olunmuş və Dəmirçilər kəndi ərazisində magistral xəttin çayın içərisindən keçən hissəsində 300 p/m su xəttinin alt hissəsi çınqılla doldurulub bərkidilmişdir.
Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2016-cı ilin fevral ayından abadlıq və quruculuq işlərinin aparılması məqsədilə Kommunal Müəssisələri Kombinatında 100 nəfər işlə təmin olunmuşdur.
Qazax Mənzil İstismar Sahəsi tərəfindən balansında olan 19 çoxmənzilli binanın blok və fasadlarında təmir işlərinin yerinə yetirilməsi üçün 95 nəfər suvaqçı və rəngsaz işə qəbul edilmiş və işlər başa çatdırılmışdır.
Mənzil İstismar Sahəsi ötən 9 ay ərzində 3 binanın dam örtüyündə köhnə azbest şiferləri yeni metal kirəmitlərlə əvəz etmiş, vətəndaşlardan 80 faiz mənzil xidmət haqqı toplamışdır.
28 saylı Yol İstismar  idarəsi tərəfindən ötən dövr ərzində rayonun uzunluğu 7 km olan Cəfərli, uzunluğu 5 km olan Fərəhli kəndlərinin yollarına, həmçinin Quşçu Ayrım, Məzəm və Çaylı kəndlərinin kənd daxili yollarına çınqıl döşənmişdir. Rayon ərazisindən keçən magistral avtomobil yolunda və  Yuxarı Salahlı – Kəmərli avtomobil yolunda yaranmış çalalar asfalt örtüyü ilə təmir olunmuş, Aslanbəyli kəndində bardurlar düzülərək səkilərə asfalt örtüyü qoyulmuşdur.
2016-cı ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 1 məktəb-lisey, 6 orta ümumtəhsil, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan  11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olmuşdur.
2016-cı ilin yanvar ayında keçirilən fənn olimpiadalarının  rayon turunda 308 nəfər şagird  iştirak etmişdir. Gəncə şəhərində  keçirilən  zona mərhələsində  yüksək yer tutmuş 2 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilən respublika turunda  iştirak etmişlər. Qazax şəhər Məktəb - liseyin XI sinif şagirdi Məmmədova Leyla Azərbaycan dili və Ədəbiyyat fənnindən II yeri tutmuşdur. 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü  il dönümü ilə əlaqədar rayonun IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev uşaqların gözü ilə” şagirdlərin təqdimatı işində Hüseynbəyli kənd tam orta məktəbinin X sinif şagirdi Zamanov İsmayıl birinci yeri tutumuşdur.
2015-2016-cı dərs ilində tam orta ümumtəhsil məktəblərinin 846 məzunu olmuş, onlardan Şəhər 2 saylı tam orta məktəbin məzunu Mirzəyev İlham və Məktəb – Liseyin məzunu Məmmədova Leyla təhsillərini yüksək naliyyətlərlə başa vurduqlarına görə Təhsil Nazirliyi tərəfindən “Qızıl medala” layiq görülmüşlər.
Məzunlardan 468 nəfər, əvvəlki illərin məzunlarından isə 50 nəfər cəmi 518 nəfər ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermişdir. 319 nəfər ali məktəblərə, 88 nəfər isə orta ixtisas, təhsili müəssisələrinə qəbul olunmuşdur.
Ali hərbi və xüsusi təyinatlı müəssisələrə 9 nəfər daxil olmuşdur.
I və IV – qrupların qəbul imtahanlarında 200-ə yaxın  məzun iştirak etmişdir ki, onlardan Canalı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı 700 bal, Şəhər 2 saylı tam orta məktəbin məzunu Mirzəyev İlham 690 bal toplamışdır. Rayon üzrə ümumilikdə  19 nəfər abiturient 600-dən yuxarı bal toplamış qəbulun nəticəsi 63 faiz olmuşdur.
Rayon Mədəniyyət və Turizm şöbəsi 2016-cı ilin 9 ayında rayonda bayram konsertləri, şənliklər keçirmiş, əlamətdar günlər münasibətilə 53 mədəni - kütləvi tədbirlər təşkil etmişdir.  
Hesabat dövründə rayonun səhiyyə müəssisələrində ambulator gəlişlərin sayı 118402 nəfər olmuş, 4500 nəfər laborator, flüoqrafik və  rentgen müayinəsindən keçirilmişdir. 310 nəfər üzərində cərrahi əməliyyat aparılmışdır.
Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla yerinə yetirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında yaradılmış komissiyanın əhali arasında apardığı təbliğat, təşviqat və məlumatlandırma işlərinin nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak etmişdir. Müayinə nəticəsində 3018 nəfərə ambulator, 246 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 43 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Qazax  Müalicə Diaqnostika Mərkəzinə  9 ay ərzində 18601 ambulator gəliş  olmuş, cərrahiyyə şöbəsinə 763 xəstə daxil olub, 588 cərrahi əməliyyat aparılıb. Hemodializ şöbəsində 100  xəstə müalicə alıb 6121  hemodializ seanslar tətbiq olunmuşdur.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2016-cı ilin 9 ayında gənclərlə iş sahəsi üzrə 12, bədən tərbiyəsı və idman sahəsi üzrə 19 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2883 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 12, Respublika yarışlarında 50 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
   Hörmətli toplantı iştirakçıları,
2016-cı ilin ötən dövründə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 13200000 manat , ümumi məhsul buraxılışının həcmi  132145000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 10050000 manat keçən ilə nisbətən 1,6 faiz az, kənd təsərrüfatı məhsullarının həcmi 47209400 manat 2015-ci ilə nisbətən 4,8 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 1400 manat, orta aylıq əmək haqqı 263 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Ötən 9 ay ərzində 14 yeni müəssisə yaradılmışdır.
Rayon üzrə 1487- si daimi olmaqla 1577 yeni iş yeri açılmışdır. 2016-cı ilin 9 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 17 dövlət və 10 qeyri - dövlət müəssisələrindən 297 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 2009 nəfər vətəndaşlardan 983 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 722 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir - tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi  2016- cı ilin 9 ayında da   davam  etdirilmişdir.
Belə ki, rayonda Kənd Təsərrüfatı idarəsi üçün inşa edilən iki mərtəbəli, mansardlı binanın tikintisi başa  çatdırılaraq istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən 940,8 m2 sahəsi olan 3 mərtəbəli  "Tarix -Diyarşünaslıq" muzeyinin tikintisi başa çatmışdır.
Birinci Şıxlı kəndi ərazisində layihə smeta dəyəri 3 mln 241 min manat olan "Birinci Şıxlı kəndli fermer təsərrüfatı"nın tikintisinə may ayında başlanılmış və tikinti işləri başa çatdırılmışdır.
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC   sahəsi 560 kv.m olan inzibati bina və eyni zamanda tərəvəzlərin (kartof, soğan, kök) təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və paketlənməsi üçün sahəsi 600 kv.m olan sex  və  bir  ədəd  tutumu  2  min ton, sahəsi 600 kv.m olan anbardan ibarətdir. Təsərrüfatla bağlı maşın mexanizmlər alınmış və  250 kv.m sahədə Texnika parkı yaradılmışdır.  15   hektar torpaq şumlanaraq pivot suvarma sistemi  qurulmuşdur. 
MMC-nin yaradılmasında məqsəd kənd təsərrüfatına yararlı əkin sahələrindən səmərəli istifadə, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasıdır.  Hazırda təsərrüfatın ümumi əkin sahəsi 636 hektardır. Ondan 231 hektarı kartof, 405 hektarı isə taxıl sahəsidir. 
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-də hazırda işçilərin sayı 28 nəfərdir, gələcəkdə işçilərin sayının 170-ə çatdırılması nəzərdə tutulmuşdur.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına  uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmış və məcburi köçkün ailələri həmin  binalara köçürülmüşlər.
Bərpa Agentliyi tərəfindən  Yuxarı Salahlı kənd tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolunun tikinti işləri başa çatdırılmışdır.
Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi başa çatmış, 25 nəfər işlə təmin olunmuşdur.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart  2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpaylıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Hələlik müvəqqəti olaraq işlər dayandırılmışdır. Yaxın vaxtlarda işlərə başlanılacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada tikilməsi nəzərəd tutulmuş  14 yaşayış evindən 8 yaşayış evi  istifadəyə verilmiş, 6 yaşayış evlərinin tikintisi davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində  tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə göndərilmişdir.
Qazax Sement zavodunun ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. 
Yaxın vaxtlarda Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Qazax şəhərində Şəhidlər Xiyabanı qəbristanlığında abadlıq-bərpa işləri aparılmış, belə ki, 500 m2 –dən çox döşəmə tamamilə dəyişdirilmiş, qəbir daşları və divarlar şlifovka edilmiş, çökmüş qəbirlər bərpa olunmuş, 400 m2  sahəyə qazon otu əkilmiş, Şəhidlər bulağına su xətti çəkilərək Xiyabanın yolu təmir olunmuşdur. Şəhər ərazisində olan bütün şəhid bulaqlarında təmir işləri aparılmışdır. Həmçinin rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərində Şəhidlər Xiyabanlarında təmir işləri başa çatdırılmışdır.
Rayonun girişində olan Obeliskin ətrafında yenidənqurma və abadlıq işləri aparılaraq şəbəkələr qurulmuş,  5000 m2 sayəyə qazon otu döşənmiş, həmin ərazinin suvarılması üçün su xətti çəkilmiş və işıqlanma sistemi qurulmuşdur. Həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmışdır. Bundan əlavə bayraq meydanında və Nərimanov qəsəbəsindəki dairəvi yolda əsaslı təmir işləri aparılaraq abidələr tamamilə yenidən qurulmuş və abidə ətrafında geniş abadlıq-quruculuq işləri aparılaraq qazon otu əkilmiş və yeni işıqlanma sistemi quraşdırılmışdır.
Heydər Əliyev Parkı ərazisində yaradılmış süni gölün içərisində işıqlandırma sistemi ilə təchiz edilmiş yeni fəvvarə kompleksi quraşdırılaraq istifadəyə verilmişdir.
Rayon ərazisində olan 10 ədəd çoxmənzilli yaşayış evlərinin həyətlərinə 8000 m2 - dən artıq asfalt örtüyü çəkilmişdir. Heydər Əliyev prospekti boyunca çalaların təmir olunmasına və həyətlərin giriş hissəsinə 60 tona yaxın  asfalt örtüyü qoyulmuşdur.
Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 12000 m2 -ə yaxın dəmir kirəmit vurulmuş, 300 m2 - ə yaxın hasar hörülmüş və 5000 m2 evlərin fasad hissələrində və hasarlarda suvaq işləri aparılmış, 30000 m2 -ə yaxın rənglənmə işləri və yaşayış evlərinə və məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapıları düzəldilmiş 60-a yaxın giriş qapılarında isə təmir və rənglənmə işləri aparılmışdır.
Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Rayonun kənd yaşayış məntəqələrində 80 km uzunluğunda  kənd daxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarlarının inşası başa çatmışdır.
Bundan əlavə daxili imkanlar hesabına Məzəm kəndində yaşayış evlərinin həyətlərində ümumi uzunluğu 1381 p/m olmaqla,  4143 m2 istinad divarı çəkilmişdir. İkinci mərhələ tikinti işlərinə başlanılmış hazırda işlər davam edir.
Quşçu Ayrım kəndinin əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.
Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır.
Bala Cəfərli kəndində 6 evin dam örtüyü tamamilə, 18 evin dam örtüyü isə qismən dəyişdirilmişdir. Quşçu Ayrım, Ürkməzli və Dəmirçilər  kəndlərinin hər birində bir Şəhid ailəsi və Dəmirçilər, Ürkməzli  kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmış, Xanlıqlar kəndində isə bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.
Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Ürkməzli kəndində bir ədəd 20 tonluq, 1 ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu quraşdırılmış, 2 km uzunluğunda su xətti, Dəmirçilər kəndində 1 km uzunluğunda içməli su xətti çəkilmişdir. Aslanbəyli kəndində isə 1 ədəd 5 tonluq su çəni quraşdırılaraq və 350 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
Hər  birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın  yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. 
Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi işləri davam etdirilir.
Qaymaqlı kəndində fəaliyyət göstərən fermada lizinq yolu ilə gətirilmiş 75 baş düyədən 76 buzov alınmış, hazırda təsərrüfatda əlavə tikinti işləri başa çatmış və daha 100 baş cins düyələrin gətirilməsi istiqamətində danışıqlar aparılır.
2016-cı ilin 9 ayı ərzində rayonda ağac əkini davam etdirilmiş, əkilmiş 140.500 ədəd ağacın 32.000 ədədi Bakı - Sınıq körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki qulluq işləri göstərilir. 
25.000 ədəd müxtəlif növ ağaclar və 70.000 ədəd gül kolları park və xiyabanlarda əkilmişdir. 
2016-cı ilin 9 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Respublika Prezidentinin Sərəncamına uyğun olaraq  2015-ci ildə qazılmış 9 ədəd subartezian quyuları istifadəyə verilmişdir. 2016-cı ildə 5 ədəd qazılacaq subarteian quyularının əraziləri müəyyənləşdirilmiş, hazırda rayonun Daş Salahlı, Çaylı, Kosalar və Xanlıqlar kəndlərində hər birində 1 ədəd olmaqla 4 ədəd subartezian quyularının qazıntısına başlanılmışdır. Bundan əlavə daha 5 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.
Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır.
Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədi ilə  Qazax Suvarma Sistemləri İdarəsi və Melioserviz İdarəsi tərəfindən   birinci rübdə plana uyğun  olaraq  arxlarda 533 min m3 lildən təmizləmə işləri aparılmışdır.
2016-cı ilin məhsulu üçün 7906,5 hektar sahəyə taxıl səpilmişdir ki, bu da ötən ildən 2240 hektar çoxdur.
Biçin başa çatmışdır, hektardan ümumi orta məhsuldarlıq 30,4 sentner, buğda 34 sentnerə yaxın olmuşdur. 23998 ton məhsul götürülmüşdür ki, bu da 2015-ci illlə müqayisədə 5781 ton artıqdır.
2016-cı ilin 9 ayında əkinə yararlı torpaq sahəsinin 14895 hektarı əkin altında olmuşdur ki, bundan 5559 ha buğda, 2261 ha arpa, 5665 ha yonca, 433 ha kartof, 106,5 ha  dənli paxlalı yazlıq, 435 ha tərəvəz, 34,5 ha bostan,45 ha günəbaxan, 324 ha qarğıdalı, 22 ha süpürgə və sair əkilmişdir. 
2016-cı ildə rayonda 1502 kq barama istehsal edilmiş və 10 hektar sahəyə tütün əkilmişdir. Hazırda tütün yığımı başa çatmaq üzrədir.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 205 baş bala alınmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2016-cı ilin 9 ayında epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30111 baş iri buynuzlu və 1757 baş  təkdırnaqlılar, 136970  baş xırda buynuzlu heyvanlar qarayara, 57840 baş iri buynuzlu heyvanlar, 104685 baş xırda buynuzlu heyvanlar dabaq,  5806 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir. Həmçinin 245650 baş körpə ev quşları taun xəstəliyinə qarşı La-Sota ilə, 191135 baş yetkin ev quşları isə taun xəstəliyinə qarşı “H” vaksini ilə peyvənd olunmuşlar.
2016-cı ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyətinə 1137 müraciət daxil olmuşdur. Müraciətlərdən 231-i Prezidentin Administrasiyasına, 16-ı Milli Məclisə, 15-i Nazirlər Kabinetinə, 48-i respublikanın digər təşkilatlarına, 827-si isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir.
Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 34,2 faizi mərkəzi orqanlardan, 65,8 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 20,2 faizi müsbət həll olunmuş, 2,8 faizi qismən həll olunmuş, 0,1 faizi əsassız sayılmış, 69,9 faizinə müvafiq izahat verilmiş, 7  faizi isə hazırda icradadır.
2016-cı  ilin 9 ayı ərzində Qazax RİH başçısı tərəfindən 35 səyyar görüş-qəbullar keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 13737 nəfər, müraciət edənlərin sayı 367 nəfər olmaqla 253  təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 110-u icra edilmiş, 8 məsələ üzrə işlər davam edir, 135 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Hörmətli toplantı iştirakçıları,
Bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Hesabat yığıncağında Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov və başqaları çıxış etmişlər və hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər.

Keçidlər