İcra başçısı və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi şəhər və kənd bağçalarında uşaqlara göstərilən qayğı ilə maraqlanıblar
Bu gün əminliklə qeyd edə bilərik ki, müstəqil ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti uğurla davam etdirilir. Bu, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıda öz real əksini tapır. Xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına böyük töhfədir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası, bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr də bu dediklərimizin bariz nümunəsidir.
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizi əyani şəkildə göstərir.
Yanvarın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevlə birlikdə şəhər və kəndlərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində olub.
Şəhər 1,2,3,4,5,6 saylı, Kosalar kənd 1,2,3 və Daş Salahlı kənd 2,3 saylı Körpələr Evi-Uşaq bağçalarında körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı və Mərkəz rəisi körpələrin hər cür qayğıya, diqqətə layiq olduğunu qeyd ediblər.
Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini bir daha vurğulayaraq bununla bağlı aidiyyatı üzrə lazımi tapşırıqlarını veriblər.
Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası
Şəhər 2 saylı Uşaq bağçası
Şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası
Şəhər 4 saylı Körpələr Evi-Uşaq bağçası
Şəhər 5 saylı Körpələr Evi-Uşaq bağçası
Şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçası
Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçası
Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçası
Kosalar kənd 3 saylı Uşaq bağçası
Daş Salahlı kənd 2 Uşaq bağçası
Daş Salahlı kənd 3 saylı Körpələr Evi-Uşaq bağçası