Şriftin ölçüsü :

Saytın rəngi :

İnvestisiya təşviq sənədinin verilməsi ilə bağlı dəyirmi masa keçirilmişdir

25 oktyabr 2016 | 16:00

Qazaxdakı Ədəbiyyat Muzeyində sahibkarlara İnvestisiya təşviq sənədinin verilməsi qaydaları ilə bağlı dəyirmi masa-maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Qazax rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən sahibkarlar, şirkət, zavod və fermer təsərrüfatlarının nümayəndələri iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə Rayon İcra hakimiyyəti başçısının müavini Tahir Musayev açmış və toplantının əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Sonra İqtisadiyyat Nazirliyinin sektor müdiri Kənan İsgəndərov, Nazirliyinin məsul işçiləri Anar Məmmədov, Arif Əliyev çıxış etmişlər və İnvestisiya təşviq sənədi nədir?, necə hazırlanır?, onu almaq üçün hansı sənədlər tələb olunur?, təşviq sənədi alındıqdan sonra təsdiqedici sənəd necə alınmalıdır?, təsdiqedici sənədi almaq üçün hansı sənədlər olmalıdır? və sair məsələlərlə bağlı geniş izahat vermişlər və maarifləndirici söhbətlər aparmışlar.
Sonda iştirakıçılar bu cür tədbirlərin keçirilməsindən razı qaldıqlarını bildirmişlər.

Keçidlər