Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev tərəfindən qoyulub” mövzusunda tədbir keçirilib

26 yanvar 2022 | 16:00

Yanvarın 26-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı və müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələrini davam etdirən Heydər Əliyev Fondunun ənənəvi fəaliyyətindən bəhs edən “Müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev tərəfindən qoyulub” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva və Kollecin müəllim heyəti, mədəniyyət müəssisələrinin direktorları, Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov, yeni inşa edilən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor müavini Nərminə Kələşova, müəllimlər,  Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycanda xeyriyyəçilik ənənələrinin tarixindən və 20 ilə yaxın bir müddətdə fəaliyyət göstərən Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən “Müasir xeyriyyəçilik institutunun əsası Heydər Əliyev tərəfindən qoyulub” adlı filmin nümayişi ilə başlayıb. Filmdə Prezident İlham Əliyevin iştirakı ilə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışını, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazax rayonunda əsaslı şəkildə yenidən qurulmuş və yeni inşa edilmiş təhsil müəssisələrinin, azad edilmiş torpaqlarda dini və tarixi abidələrimizin bərpa edilməsinin xronologiyasını özündə əks etdirən məlumatlar yer alıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması əlamətdar hadisədir. Bu, eyni zamanda o deməkdir ki, xeyriyyəçilik ənənələri bu gün Azərbaycan mədəniyyətini, elmini, təhsilini təbliğ edən Heydər Əliyev Fondu tərəfindən davam etdirilir. Müavin ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu qeyd edib. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binalarının inşa olunduğunu diqqətə çatdırıb. Fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib. Bu günlərdə açılışı olan Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 220 şagird yerlik yeni binanın inşa olunmasını təhsil sahəsinə olan qayğının davamı kimi vurğulayıb. 
Qazax Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasının əsaslı təmir olunmasından danışaraq qeyd edib ki, Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsinin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Bu nümunəvi təşəbbüsdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin böyük xidmətləri vardır.
BDU-nun Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov çıxış edərək bildirib ki, Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti xeyriyyəçiliyə ən yaxşı nümunədir. O, hələ sağlığında ikən “millət atası” titulunu qazanmışdı. Dövlətimiz milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət ayırır. Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən Hacı Zeynalabdin Tağıyevin abiəsinin ucaldılması haqqında imzaladığı 11 mart 2020-ci il tarixli Sərəncam, həmin sərəncama əsasən Bakının mərkəzində ucadılan abidə və yanvarın 18-də ölkə rəhbərinin tanınmış xeyriyyəçinin abidəsinin açılışını etməsi bir daha onu sübut etdi ki, dövlət başçısının Azərbaycan tarixinə, mədəniyyətinə, tarixi şəxsiyyətlərə verdiyi diqqət və qayğı hər zaman yüksək səviyyədədir.
Qazax Rayon Təhsil Şöbəsinin müsiri Nizaməddin Babanlı Heydər Əliyev Fondu tərəfindən Qazax rayonunda inşa edilmiş təhsil müəssisələrindən danışıb. Bildirib ki, təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramını, "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələrini həyata keçirir. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Bu, Qazaxın timsalında ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının əyani göstəricisidir.
Qazax rayon Kosalar kənd sakini, öz zəhməti ilə varlanmış, el arasında böyük nüfuz qazanmış, ikimərtəbəli 17 otaqlı qırmızı kərpicdən tikilmiş mülkünü təmənnasız olaraq Qazax Müəllillər Seminariyasına bağışlamış Məşədi İbrahimin nəvəsi Şahbəddin Hacıyev çıxış edərək babasının xeyriyyəçilik fəaliyyəti ilə, Azərbaycanın elm, təhsil sahəsində görkəmli şəxsiyyətlərin yetişdirilməsində böyük rolu olan bir Seminariyanın fəaliyyətini davam etdirmək üçün babasının öz mülkünü bağışlaması ilə fəxr etdiyini bildirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov, yeni inşa edilən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor müavini Nərminə Kələşova çıxış edərək Qazax təhsilinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, Heydər Əliyev Fonduna, Fondun Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Heydər Əliyev Fondunun təşəbbüsü əsasında reallaşan çoxsaylı layihələri müəllim-şagird kollektivinin böyük sevinclə qarşıladıqlarını vurğulayıblar. Məktəb kollektivi olaraq onlara göstərilən etimadı daim doğrultmağa çalışdıqlarını söyləyiblər.

 

Keçidlər