İcra başçısı yeni səki salınacaq ərazidə olub
Bu gün təqdirəlayiq haldır ki, son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın şəhər və rayonlarında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Onu da tam əminliklə deyə bilərik ki, Qazax rayonu da gündən-günə abadlaşan bölgələrimizdəndir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda aparılan abadlıq işləri söylədiklərimizin bariz nümunəsidir. Çəkilişdən sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Hər il olduğu kimi, rayonda aparılan abadlıq işləri bu il də davam etdirilir. Şəhərin Nəriman Nərimanov küçəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yeni salınacaq səki də abadlıq işlərinin davamıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səki salınacaq həmin ərazidə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlə tanış olan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.