Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər ərazisində aparılan abadlıq işləri ilə tanış olub

08 fevral 2022 | 16:00

Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almaqdadır. Həyata keçirilən genişmiqyaslı işlərin nəticəsidir ki, Qazax rayonu gündən-günə abadlaşan bölgələrimizdən birinə çevrilib.
Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Hər il olduğu kimi, rayonda aparılan abadlıq işləri bu il də davam etdirilir. Şəhərin Nəriman Nərimanov küçəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yeni səkinin salınması, Dədə Qorqud abidə kompleksinin ətrafında yeni dəmir məhəcərlərin qoyulması, Qazax Sukanal Sahəsi üçün inşa edilən inzibati binanın qarşısında aparılan işlər abadlıq işlərinin davamıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abadlıq işləri aparılan həmin ərazilərdə olub, işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlərlə tanış olan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunur.

 

 

 

Keçidlər