Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qayğıya ehtiyacı olan vətəndaşın evində aparılan təmir işləri ilə tanış olub

08 fevral 2022 | 16:00

Bu gün birmənalı şəkildə söyləyə bilərik ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən məqsədyönlü dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Həyata keçirilən layihələrdə, tədbirlərdə, görülən bütün işlərdə hər zaman vətəndaş məmnunluğu əsas götürülür. Ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri onu deməyə əsas verir ki, dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır. 
Vətəndaş amili, xüsusilə də dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, illər öncə əsası qoyulan ənənənin bu gün də davam etdirilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib.
Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qayğıya ehtiyacı olan Qazax şəhər sakini Məmmədova Rəmziyə Bəhlul qızını diqqətdə saxlaması, müalicə aldığı xəstəxanada ona baş çəkməsi barədə məlumat vermişdik.
Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan 68 yaşlı Rəmziyə Məmmədova bu gün dövlətin, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyinin qayğısı ilə əhatə olunub. Həmin qayğının nəticəsidir ki, yaşlı ananın Qazax şəhəri Heydər Əliyev prospekti 159 ünvanında yerləşən evi təmir olunur.
Bu gün rayon rəhbərliyi evdə aparılan təmir işlərinin mövcud vəziyyəti ilə tanış olub, işlərin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

 

 

Keçidlər