Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax RİH başçısının vətəndaşlarla səyyar görüşlərinə yenidən start verilir

22 fevral 2022 | 16:00

Ölkəmizdə vətəndaş amili hər zaman ön planda dayanır. Bunu ölkə Prezidenti cənab İlham Əliyev çıxışları zamanı da dəfələrlə səsləndirir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlər, onlara daim xalqın içində olmaları haqda verdiyi tapşırıq və tövsiyələr də bunu bir daha sübut edir. Ölkə rəhbərinin icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıqlar onu göstərir ki, dövlət hər zaman öz vətəndaşını düşünür. Ölkə Prezidentinin tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında hər həftə sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.
Məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən artıq 2 ildən çoxdur ki, şəhər və kəndlərdə keçirilən səyyar görüşlər dayandırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən səyyar görüşlər yenidən bərpa olunacaq.
Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları keçiriləcəkdir.

    
2022-ci ilin mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

S/S

Yaşayış məntəqəsinin adı

Qəbulun keçiriləcəyi

 tarix və saat

1

Quşçu Ayrım kəndi

03.03.2022

Saat 15:00

2

Qarapapaq kəndi

10.03.2022

Saat 15:00

3

Ağköynək kəndi

17.03.2022

Saat 15:00

4

Çaylı kəndi

31.03.2022

Saat 15:00

 

Keçidlər