Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda qışa hazırlıqla bağlı Müşavirə keçirilmişdir

02 noyabr 2016 | 16:00

Qazaxdakı Gənclər Mərkəzində rayonda qışa hazırlıqla bağlı görülmüş işlər  və qarşıda duran vəzifələrə həsr olunmuş Müşavirə keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar və işçi qrupunun üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq tədbir iştirakçılarını salamlamış və söyləmişdir ki, bildiyiniz kimi, oktyabr ayının 19-da ölkə prezidenti İlham Əliyev cənabları rayonumuzda səfərdə olmuş və insanlarla görüşü zamanı Qazaxın 100 faiz qazlaşdırıldığını  bildirmişdir.  Əlbəttə, bu sözlər bizi çox sevindirir. Lakin biz çalışmalıyıq ki, bütün il boyu, qış aylarında da rayonumuzda bu cür problemlər olmasın. Ona görə də, bugünki tədbiri keçirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, rayonda qışa hazırlıq işləri vaxtında və keyfiyyətlə aparılsın, bundan ötrü   lazım olan bütün profilaktik, qabaqlayıcı tədbirlər həyata keçirilsin və  qış ayında insanlar əziyyət çəkməsinlər.
Sonra  qışa hazırlıqla bağlı görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı çıxışlar olmuşdur. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, Su-kanal idarəsinin rəisi Alı Hüseynov, Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov, Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, Şəmkir RQİİ Qazax XS-nin təmir bərpa xidmətinin rəisi Anar Qocayev, 28 №-li Yol İstismarı MMC-nin direktoru Kərəm Məmmədrzayev, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Abdal Aşurov və başqaları çıxış edərək qışa hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbirə yekun vuraraq  bu sahədə işdə olan nöqsan və çatışmazlıqlar barədə danışmış,  onların vaxtında və operativ aradan qaldırılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir. Söyləmişdir ki, qaz və işıqda olan itkiləri azaltmaq lazımdır.  Bunun üçün onu yaradan səbəblər araşdırılıb tapılmalı və aradan qaldırılmalıdır.
Sonra bildirmişdir ki, rayonda  yaşayan şəhid ailələrinə, Qarabağ Əlillərinə, Müharibə Veteranlarına və imkansız ailələrə olan diqqət və qayğı daha da artırılmalıdır. Onların işıq, qaz və su təminatı dayandırılmamalıdır.

Keçidlər