Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında hər zaman vətəndaş mövqeyi, istəyi dayanır. Bu amil Qazaxda da əsas götürülür. Tam əminliklə dəyə bilərik ki, ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da olduğu kimi icra olunur. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı necə vardısa, bu gün də elə davam edir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar bunu deməyə əsas verir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən bərpa edilib.
Martın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakinləri Namazlı Kəmalə Nəsib qızının, Hacıyeva Gülnar Hamlet qızının, Xanlıqlar kənd sakini Alızadə Nurlan Valeh oğlunun, Çaylı kənd sakini Xasayeva Günel Nizami qızının, Ağköynək kənd sakinləri Qurbanova Rübabə Mustafa qızının, şəhid anası Qaragözova Mahirə Əcəm qızının, Fərəhli kənd sakinləri Ocaqverdiyeva Amilə Şahir qızının, Nəbiyeva Məleykə İsgəndər qızının, Hüseynbəyli kənd sakini, şəhid anası Cəlilova Zərifə Oruc qızının müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə əlaqə saxlamaları tövsiyə olunub, digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.