Vətəndaşlar bu dəfə idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə qəbul ediliblər
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, respublikamızın hər yerində, o cümlədən də Qazaxda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən bərpa olunub. Vətəndaşlar ərizə və şifahi müraciətlərinə əsasən fərdi və ya ümumi şəkildə qəbul edilirlər.
Martın 17-də vətəndaşlar bu dəfə idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümumi şəkildə qəbul edilərək müraciətləri dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin təməlində dayanan vətəndaş mövqeyinin, istəyinin bundan sonra da əsas götürüləcəyini qeyd edib. İcra başçısı rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının necə vardısa, bndan sonra da o cür olacağını vurğulayıb. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların məhz vətəndaş məmnunluğuna xidmət etdiyini bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalarını, daim diqqət ayırmalarını, qaldırılan hər hansı bir məsələyə daim həssaslıqla yanaşmalarını bildirib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra şəhər, eləcə də rayonun Ağköynək, Hüseynbəyli, Kosalar, Orta Salahlı, Aslanbəyli, Quşçu Ayrım, Qazaxbəyli, Dəmirçilər, Daş Salahlı, Çaylı, Yuxarı Salahlı, Yuxarı Əskipara, Qarapapaq, İkinci Şıxlı kəndlərindən olan 29 nəfər vətəndaşın müraciətləri dinlənilib.
Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə əlaqə saxlamaları, ünvanlı sosial yardımla bağlı ƏƏSM Nazirliyinə, torpaq sahəsi ilə təmin olunmaq üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etmələri tövsiyə olunub, digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.