Şriftin ölçüsü :

Saytın rəngi :

16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilmişdir

09 noyabr 2016 | 16:00

Qazaxdakı Heydər Əliyev Mərkəzində 16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisəşə, təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Toplantını giriş sözü ilə Rayon İcra hakimiyyəti başçısının müavini Gulaya Həsənova açaraq tədbir iştirakçılarına Beynəlxalq Tolerantlıq günü ilə bağlı ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Beynəlxalq Tolerantlıq günü ilə bağlı geniş məruzə etmişdir.
Əməkdar müəllim, Mustafa Mirzəyev, “Avey” Dövlət Qoruğunun müdiri Səadət Əliyeva, BDU Qazax filailınnı müəllimi Mustafa Mustafayev və başqaları çıxış etmişlər.
Məruzə və çıxşılarda bildirilmişdir ki, Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilmişdir. Bu günün təsis edilməsində məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada tolerant ölkə kimi tanınır. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi  tədbirlər Azərbaycanı müxətlif milli-mənəvi dəyərlərin qovuşma müstəvisinə çevirmişdir. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Ölkəmzidə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud olan dini icmaların nümayəndələrinin də qatılması ölkədə artıq tolerant düşüncənin tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində İslam dininə milli yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.
Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” Beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayışın qorunması üçün mütləq  dinlərarası münasibətlər, dialoqlar gücləndirilməlidir. Dövlətin gücünü əhalinin tolerant olmasında , müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Keçidlər