Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə vətəndaşlara olan qayğısı, yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, xüsusilə də dövlət başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda olduğu kimi icra edilir. Bu, icra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətində, vətəndaşlara göstərdiyi diqqət və qayğıda özünü aydın şəkildə göstərir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların qəbulu həyata keçirilir.
Aprelin 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakinləri Əsgərova Zəminə Məhərrəm qızının, Vəliyev Oruc Elman oğlunun, Aşağı Əskipara kənd sakini Əhmədova Ceyhunə Süleyman qızının müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif edilməsi üçün aidiyyəti üzrə tapşırıq verilib.