Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və “Ölkəmizi tanıyaq” adlı tur aksiyasında iştirak etmiş məktəblilərlə görüş keçirilmişdir

18 noyabr 2016 | 16:00

Qazaxda  “Uşaq hüquqları aylığı” çərçivəsində  tədbir  və “Ölkəmizi tanıyaq” adlı  tur aksiyasında iştirak etmiş  məktəblilərlə görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova açaraq qeyd etmişdir ki, hər il ölduğu kimi bu ildə Qazaxda Rayon İcra hakimiyyətinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” keçirilmişdir. Uşaq hüquqları aylığının keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin və müdafiəsinin yaxşılaşdırılmasından ibarətdir.  Bunun üçün rayonda bir sıra işlər görülmüş, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. RİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Rayon Təhsil şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin işçiləri rayonun ümumtəhsil məktlərində olmuşlar, uşaqların hüquqları ilə əlaqədar şagirdlərlə söhbətlər aparmışlar.
Tədbirdə RİHB Aparatında hüquq şöbəsinin məsləhətçisi Ülviyyə Orucova və məsləhətçi-psixoloq Kəmalə Cəfərova mövzu ilə bağlı geniş çıxış etmişlər.
Sonra Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Qazax şəhər 2 saylı tam orta məktəbin direktoru  Murğuz Mustafayev mövzu ətrafında çıxış etmişlər.
Bu gün biz həmdə ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Cənub bölgəsindən səfərdən qayıtmış şagirdlərlə görüşürük.
  “Ölkəmizi tanıyaq” adlı  tur aksiyası çərçivəsində Cənub bölgəsindən səfərdən qayıtmış məktəlilərdən Tofiq Məmmədov, Nağı Mehtiyev, Gülər Hacıyeva və başqaları çıxış edərək səfərlə bağlı öz təəsüratlarını danışmışlar. Respublikamızın Cənub bölgəsinin əsrarəngiz gözəllillikləri, təbiəti, tarixi yerləri, sosial-iqtisadi və mədəni inkişafı barədə məlumat vermişlər.

Keçidlər