Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə bağlı geniş toplantı keçirilmişdir

21 noyabr 2016 | 16:00

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə bağlı geniş toplantı keçirilmişdir. Tədbirdə Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya üzvləri və fəalları, KİV nümayəndələri iştirak etmişdir.
Toplantı iştirakçıları əvvəlcə, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini anmışlar və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
  Tədbiri YAP Qazax Rayon Təşkilatının sədri Həmid Pənahov açmış və geniş məruzə ilə çıxış etmişdir.  Məruzədə YAP-ın yaradılması, uğurları, bu günü və gələcəyi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında, tərəqqisində, müstəqilliyimizin daimi, dönməz və əbədi olmasında misilsiz xidmətlər göstərmişdir.
Sonra YAP Qazax rayon Təşkilatının Şura üzvü Abbas Göyüşov, YAP Qazax rayon təşkilatı sədrinin müavini Səfurə Vəliyeva, YAP Qazax rayon təşkilatının partiya fəalı Anar Nəbiyev,  YAP Qazax rayon təşkilatı Nəzarət Təftiş Qrupunun sədri Ramil  Qurbanov və YAP Qazax rayon təşkilatının Şura üzvü Fərhad Qocamanov çıxış etmişlər.
Yığıncaqda  Qazax rayon İcra Hakimiyyətinin başçısı  cənab Rəcəb Babaşov ətraflı çıxış etmiş və toplantıya yekun vuraraq bildirmişdir ki, ölkədə sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin  həddən artıq mürəkkəb və çətin olduğu bir vaxtda dahi şəxsiyyət  Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilmişdir. Bu gün qürur hissi ilə deməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının 670 min nəfərdən artıq üzvü vardır. Bu, təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünki reallığına verdiyi qiymət və prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir. Biz əminik ki, Yeni Azərbaycan Partiyası möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara, qələbələrə imza atacaqdır və torpaqlarımız erməni işğalından azad olunacaqdır.

Keçidlər