Alpout kəndinə içməli su xətti çəkilmişdir
Su çəkmək qədim zamanlardan savab iş, xeyirxah əməl sayılmışdır. Fəaliyyətə başladığı ilk gündən bu xeyirxah əməli özünün gündəlik işinə çevirən Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov bu sahədə yaddaqalan xeyli işlər görmüşdür. Artıq rayonumuzun Ürkməzli, Dəmirçilər, Qazaxbəyli və Aslanbəyli kəndlərində uzun illərdən bəri mövcud olan su problemi həll olunmuşdur. Alpout kəndində yeni istifadəyə verilən bulaq da artıq ənənə halını almış bu xeyirxah işin davamıdır.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun iştirakı ilə kənddə 700 metr məsafədən çəkilmiş yeni bulağın açılışı olmuşdur.
Açılış mərasimində kənd sakinləri Gözəl Həsənova, İnayət Məmmədov, Əsəd Qurbanov, Əhəd Vəliyev, İsrayıl Osmanov, ağsaqqallardan Vaqif Nəsibov, Mustafa Qocayev və başqaları çıxış edərək ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.