Litvadan olan nümayəndə heyəti Qazax rayonunda olub
Litvadan olan nümayəndə heyəti Qazax rayonunda olub. Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül-çiçək dəstələri qoymuşlar.
Sonra qonaqlar Qazax rayon İcra Hakimiyyətində olublar. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovla səmimilik və qonaqpərvərlik şəraitində keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və inkişaf yolları müzakirə edilmişdir.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskas, Litva Bələdiyyələr İttifaqının vitse-prezidenti, Paqeqai əyalətinin meri Virginiyus Komskis, Litva Bələdiyyələr İttifaqının müşaviri, Avropa İttifaqındakı təmsilçisi Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru Aromeda Lausiene və Trakay şəhər bələdiyyəsinin deputatı Yelena Yosioniene iştirak ediblər.
Sonra nümayəndə heyəti Heydər Əliyev parkı və Rayon Tarix-Diyarşunaslıq Muzeyi ilə tanış olublar. Oradakı tikinti-abadlıq, yenidənqurma işləri, şərq üslubu və müasirlik qonaqlarda xoş təəssürat və böyük maraq yaratmışdır. Qonaqlar Tarix-Diyarşunaslıq Muzeyində rayonun qədim, müasir və ən yeni tarixi ilə tanış olmuşlar.
Milli Məclisin deputatı, Azərbaycan-Litva parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Nəbizadə keçirilən görüşlərdə iştirak etmişdir.