Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimizin müqəddəs rəmzi

10 noyabr 2012 | 16:00

9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar rayonumuzda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətində dəyirmi masa ətrafında keçirilən tədbirdə idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, ilk dəfə Azərbaycan bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncama əsasən hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Qeyd etmişdir ki, Azərbaycan bayrağı dünyanın ən uca bayrağıdır və bu, hər bir azərbaycanlıya fəxr və şərəf gətirir.
Sonra Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının tədris işləri üzrə direktor müavini Məmməd Yusifov, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, dövlət işçiləri həmkarlar ittifaqı Qazax rayon komitəsinin sədri Yasin Əkbərov çıxış edərək Dövlət Bayrağı Günü ilə əlaqədar öz ürək sözlərini söyləmişlər. Bildirmişlər ki, rayonumuzda inşa edilmiş Dövlət Bayrağı meydanı rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır. Bu gün şəhərin giriş hissəsində dalğalanan 51 metr hündürlüyündə olan üç rəngli Azərbaycan bayrağı rayonumuzun əksər yerlərindən görünməklə hər bir rayon sakinində qürur hissi oyadır.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirə yekun vuraraq rayonda aparılan tikinti-quruculuq işlərindən ətraflı söz açmışdır.
 

Keçidlər